İranın ən böyük qüvvət nöqtəsi, daxili gücə və imkanlara söykənməsidir
https://azeri.sahartv.ir/news/İran-i370806-İranın_ən_böyük_qüvvət_nöqtəsi_daxili_gücə_və_imkanlara_söykənməsidir
İranın səhiyyə naziri bildirib ki, ölkənin böhranlardan çıxış yolu, Amerikaya tərəf əl uzatmaqda deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2020 16:48 Asia/Baku
  • İranın ən böyük qüvvət nöqtəsi, daxili gücə və imkanlara söykənməsidir

İranın səhiyyə naziri bildirib ki, ölkənin böhranlardan çıxış yolu, Amerikaya tərəf əl uzatmaqda deyil.

SəhərAzəri xəbər verir ki,  İranın səhiyyə naziri Səid Nəməki deyib: "İranın ən böyük qüvvət nöqtəsi, daxili gücə və imkanlara söykənməsidir".

Səid Nəməki səhiyyə nazirliyinin doqquz tədqiqat və texnologiya layihəsinin açılışı mərasimində Amerikanın koronavirus pandemiyası ilə bir zamanda İrana qarşı zalımcasına sanksiyalar tətbiq etməsinə işarə ilə söyləyib: Amerikalılar dedikləri «dərman sanksiya edilməyib» ifadəsinin əksinə hərəkət edərək, dünyanı aldadıblar.

Nəməki bildirib ki, ölkənin yeganə inkişaf yolu, tədqiqata diqqət yetirməkdir. O, sonra belə qeyd edib: Koronavirusun başlandığı zaman İran maska və dezinfeksiyaedici maddələr cəhətdən böyük çatışmazlıqla üzləşirdi, amma əlli gündən az bir müddətdə İrandakı startap şirkətlər nəinki bu məhsulları istehsal, həm də ixracat qüdrəti də əldə etdilər.

İran İslam Respublikası ABŞ, Çin və Hindistandan sonra remdesivir dərmanı istehsal edən dördüncü ölkədir.