İran MN: "Raket məsələsi düşmənin gözünə tikan kimi batıb"
İranın müdafiə naziri general-mayor Əmir Hatəmi deyib: "Raket məsələsi düşmənin gözünə tikan kimi batsa da, raket potensialımızı hər ötən gün gücləndiririk".
SəhərAzəri xəbər verir ki, bunu İranın müdafiə naziri bu gün səhər Tehranda keçirilən bir tədbirdə çıxışı zamanı deyib.
İranın müdafiə naziri şəhid Möhsün Fəxrizadənin terror edilməsi ilə bağlı deyib: "Bu hadisədə düşmən İslam Respublikasının yeni texnologiyalar sahəsindəki elmi hərəkət prosesini və sürətini əngəlləməyə çalışdı".
"Düşmənlər müasir elmlərdə nəzərəçarpacaq dərəcədə irəlilədiyimizi çox yaxşı bilirlər. Hansı ki, İran İslam Respublikasının gücünü və nüfuzunu artırıbdır. Ona görə də xalqımızın ruhiyyəsini zəiflətməyə hesablanmış bu mənfur hərəkətlə İranın gücünə və təhlükəsizliyinə xələl gərtirmək istəyirdilər", - deyə Əmir Hatəmi əlavə edib.
İranın müdafiə naziri sözlərinin digər bir hissəsində İranın raket potensialına toxunub və deyib: "Raket məsələsi düşmənin gözünə tikan kimi batsa da, raket potensialımızı hər ötən gün gücləndiririk".
General-mayor Əmir Hatəmi şəhid Fəhrizadənin rəhbəri olaraq, çalışdığı Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının büdcəsində 256 faiz artım olduğunu da açıqlayıb.