Yan 03, 2021 18:41 Asia/Baku
  • Nüvə biliyinin köməyilə yeni düyü sortunun təqdimatı olub

General Soleymaninin şəhadətinin ildönümü ilə bir zamanda bu gün Mazandaranda İranın Atom Enerjisi Təşkilatının həmkarlığı ilə Şəhriyar adlı yeni düyü toxumunun təqdimatı olub.

Düyü sahəsində iqtisadi müstəqilliyə çatmaq istiqamətində İranlı tədqiqatçıların təşəbbüsü və nüvə biliyinin köməyi ilə düyü sortu bu dəfə general Soleymaninin şəhadətinin ildönümü ilə bir zamanda nüvə alimi doktor Şəhriyarın adı ilə təqdim edilibdir.

"Şəhriyar" düyüsünün tədqiqatçısı dr. Nemətzade deyib: "On ilə yaxın zəhmətin çəkildiyi Şəhriyar sortu yerli sortlarla müqayisədə məhsuldarlıq cəhətdən özəl üstünlüyə malikdir. Yəni hektarda təqribən on ton məhsul verir və xasiyyət cəhətdən də eynilə yerli düyüyə bənzəyərək, yerli sortlar kimi tezyetişəndir".

Fermerlər bu il Şəhriyar nüvə sortunu düyü plantasiyalarında becərə bilərlər.

Şəhid alim Şəhriyarinin həyat yoldaşı xanım doktor Qasemi də video-konfrans formatında təqdimat mərasiminin qonağı olubdur.

Bugünkü təqdimat ölkədə nüvə düyüsü sortlarının istehsalında digər bir sıçrayışın başlanğıcıdır. Qarşıdakı iki ilədək nüvə enerjisi vasitəsilə bu kompleksdə üç yeni sortun istehsal olunaraq, ölkəyə təqdim edilməsi qərara alınıb.

Teqlər