General Soleymaninin qanının intiqamının zamanı və məkanını İran təyin edəcək
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü deyib ki, Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı şəhid general-leytenant pasdar Qasem Soleymaninin qanının intiqamının zamanı və məkanını İran təyin edəcək.
SəhərAzəri xəbər verir, general Rəməzan Şərif bu gün «Russiya Today» informasiya kanalı ilə müsahibədə vurğulayıb: Tehran Amerikanın İrana qarşı digər bir ağılsız hərəkət törədəcəyini mümkünsüz saymır.
General Şərif söyləyib: İranın general Soleymaninin intiqamını almağa fürsəti qalmaqda davam edir. Eyni zamanda, onun münasib zaman və məkanda həyata keçiriləcəyi mütləq və qəti məsələdir.
Sepah-ın sözçüsü deyib: General Soeymaninin qanının intiqamının zamanı və məkanını Amerika deyil, İran müəyyən edəcək.
O, vurğulayıb: Bu intiqam düşmənə maksimum təsir göstərməli və İslam Dünyasında maksimum dəstək qazanmalıdır.