Yan 06, 2021 15:34 Asia/Baku
  • İİR Ordusunun uğurlu raket atışı

«Almaz» tipli dəqiq və hava-yer raketlərilə təchiz edilmiş «Əbabil» pilotsuzları İran İslam Respublikası Ordusunun iri «PUA döyüşü» təlim-məşqlərinin ikinci günündə uğurla öz yer hədəflərini vurublar.

SəhərAzəri xəbər verir, gənc iranlı alim və mütəxəssislər tərəfindən dizayn və istehsal edilmiş «Almaz» raketi yerdəki hədəfləri çox yüksək dəqiqliklə vurmağa qadirdir.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri «PUA döyüşü» təlim-məşqlərinin kənarında bu təlimlərdə istifadə olunan bütün pilotsuz uçan aparatların iranlı mütəxəssislər tərəfindən düzəldildiyini bildirib.

O, deyib: Bu təlimlərdə mənzilləri iyirmi kilometrdən min kilometrədək olan PUA tiplərini sərgiləmişik. Onlar radardan yayınma və müxtəlif hədəflərlə döyüş və hədəfləri məhvetmə qabiliyyətlərinə malikdirlər.

Ordunun ilk «PUA döyüşü» birgə və iri təlim-məşqləri dəniz, hava, hava hücumundan müdafiə və quru qoşunlarınn əməliyyat PUA-larından yüzlərlə ədədin iştirakı ilə Semnan ümumi bölgəsində və İslami İran sərhədlərinin müxtəlif nöqtələrində iki gün müddətinə keçirilir.

Teqlər