Sərdar Vahidi: General Soleimaninin şəhid olması, sistemin strateji dərinliyini genişləndirdi
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Briqadasının keçmiş komandanı, General Süleymaninin şəhid olmasından sonra Qüds Briqadasının nüfuzlu şəkildə müqavimət sahəsi ilə əlaqəli işləri davam etdirdiyini vurğulayaraq deyib: General Süleymaninin şəhid olması, o şəhidin və yaxınlarımızın Qüds Briqadasının fəaliyyət sahəsindəki strateji dərinliyi, başqa sözlə İslam İnqilabı hərəkatını daha vüsətləndirib.
SəhərAzəri xəbər verir, Sərdar Əhməd Vahidi ISNA-ya verdiyi müsahibədə İnqilab Keşikçiləri Qüds Briqadasının General Qassim Süleymaninin şəhid olmasından bir il sonra vəziyyətindən bəhs edərək "General Süleymaninin şəhid olmasından sonra motivasiya edən amillərimizin artdığını" - söyləyib.
General Süleymaninin həyatı dövründə onun fizikası və zehni işləri irəlilədisə, bu düşüncə bu gün də mövcuddur, eyni zamanda şəhid olmasının nəticəsində onun qanının bərəkəti Müqavimətin bütün sahələrinə nüfuz edib.
Sərdar vəhidi xatərladaraq bildirib: Canlı şəhid sayılan nəcib qardaşımız Sərdar Qaani-nin rəhbərlik etdiyi Qüds Briqadası General Süleymanidən sonar da Müqavimət xəttini gücləndirmə siyasətini davam etdirir və onun timsalında bu siyasəti izləyən igidlərimiz, Bu gün müqavimət sahəsi ilə əlaqəli işi güclü şəkildə davam etdirirlər və şübhəsiz ki, bundan sonra heç bir çətinlik görməyəcəyik, əksinə o şəhidin köməyi və xatirəsi ilə bu sahədə də bir çox irəliləyişlərimiz olacaq.
Ali Milli Müdafiə və Strateji Araşdırmalar İnstitutunun prezidenti, İran İslam Respublikasının strateji dərinliyinin millətlərin ürəyi və müsəlman xalqların könlüncə olduğunu vurğulayaraq deyib: Müqavimət mehvəri Şəhid Süleymaninin xatirəsinə mərasimlər keçirən digər ölkələrə də yayıldı və bu şəhid onlar üçün bir nümunə oldu.