Kong limanında 5.5 bal gücündə zəlzələ baş verib
https://azeri.sahartv.ir/news/İran-i372091-kong_limanında_5.5_bal_gücündə_zəlzələ_baş_verib
Hormozqan vilayətində yerləşən Kong limanında 5.5 bal gücündə zəlzələ olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2021 05:04 Asia/Baku
  • Kong limanında 5.5 bal gücündə zəlzələ baş verib

Hormozqan vilayətində yerləşən Kong limanında 5.5 bal gücündə zəlzələ olub.

SəhərAzəri xəbər verir, Milli Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, Bu gün səhər saat 1: 1-də 5.5 bal gücündə zəlzələ Kong limanının ətrafında yerləşən, Lengə limanı və Qeşm adasının qərbində olan kəndləri silkələyib.
Bu zəlzələ mərkəzi Fars körfəzindəki Bəndər Kongdan 28 km və Bəndər Lengəhdən 34 km aralıda, yerin 19 km dərinliyində baş verib.
Həsənzadə Hormozqan Böhran İdarəetmə Baş direktoru bildirib: Bu gün səhər baş verən zəlzələ nəticəsində, Lengə limanında yerləşən SayeXoş kəndində bir nəfər yaralanıb və ambulator şəklində müalicə olunub. 
Həsənzadə əlavə edib: Saat 2: 54-də Rixter cədvəli ilə 3.8 bal gücündə zəlzələ bu bölgəni yenidən silkələyib. 

Image Caption