İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ikinci gecəsi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i372098-İnqilab_rəhbərinin_iştirakı_ilə_həzrət_zəhra(s.ə)_nın_əzadarlıq_mərasiminin_ikinci_gecəsi_keçirilib
Həzrət Fatimeyi Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ikinci gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 16, 2021 07:13 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ikinci gecəsi keçirilib

Həzrət Fatimeyi Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ikinci gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, bu mərasimdə höccətulislam vəlmüslimin Ali etdiyi çıxışında, Həzrət Fatimeyi Zəhra(s.ə)-nı dua, zikr və ibadət baxımından nümunəvi bir insan kimi dəyərləndirib və deyib: "Tanrının ümumi lütfü bütün varlıqları əhatə edir, lakin Allahın xüsusi lütfü və mərhəməti Onun dərgahına ehtiyaclı olduğunu daha çox bəyan edən və yalvaranlar üçündür".

Həmçinin, bu mərasimdə höccətulislam vəlmüslimin Nasir Şəhidi növhə xanlıq edib. 

Tehranda yerləşən İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Zəhra(s.ə)-ın əzadarlığı mərasimi Fatimiyyə günlərilə bir vaxtda cümə axşamından başlanıb.

Hər il İmam Xomeyni(r.ə) hüseyniyyəsində ismət və paklıq əhli-beytinin(ə) aşiqlərinin izdihamlı iştirakı ilə keçirilən İslamın bu böyük xanımının əzadarlıq mərasimi, bu il koronavirusun yayılması və səhiyyə protokollarına, həmçinin Koronavirusla Mübarizə üzrə Milli Qərargahın tövsiyələrinə riayət etməyin vacibliyi səbəbindən insanların iştirakı olmadan keçirilir.

Qeyd edək ki, 2021-ci il yanvarın 17-si, 1442-ci hicriye-qəməri ili cəmadiüs-sani ayının üçü, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirəlmöminin Həzrət Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı Həzrət Fatimeyi Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.