Yan 18, 2021 18:45 Asia/Baku
  • Ali Məqamlı Rəhbərin xatirə kitabı İstanbul türkcəsində nəşr edilib

İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-üzma Seyyid Əli Xameneinin inqilabın mübarizə dövründə həbsxanalardan və sürgünlərdən xatirələrini özündə cəmləşdirən "Ləl Olan Ürək Qanı" kitabı İstanbul türkcəsinə tərcümə edilərək, nəşr olunub.

SəhərAzəri xəbər verir, "Ləl Olan Ürək Qanı" kitabı "Aikut Pazar Başı"nın tərcüməsi ilə 232 səhifədə və min nüsxədə Feta nəşrləri tərəfindən çap edilib və Türkiyə bazarlarına çıxarılıb.

Tərcümə edilmiş bu kitabın arxa üzündə yazılıb: "Əlinizdə olan bu kitab avtobioqrafik bir əsərdir ki, onda Həzrət Ayətullahul-üzma Seyid Əli Xameneinin enişli-yoxuşlu həyatının bir hissəsi öz dilindən nəql edilir".

"Ləl Olan Ürək Qanı" kitabı, bundan əvvəl Beyrutda ərəb dilində nəşr edilmiş "İnnə Məəs-Səbri Nəsra" kitabının farsca tərcüməsidir.

Bu kitabı oxşar əsərlərdən fərqləndirən amil müzakirələrə uyğun olaraq ifadə olunan və hər biri kitabın müxatibləri, xüsusilə də gənclərin mənhus pəhləvi rejiminin cinayətləri, həmçinin mübarizlərin çəkdiyi əzab-əziyyətlər və çətinliklər, habelə inqilabçıların müqaviməti, dözümlülüyü, ixlası və imanları ilə tanış olmsı üçün bir mayak olacaq, hikmətlər, dərslər və ibrətlərdir.

 

Teqlər