İran və Türkiyə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdə əzmkardırlar
İran İslam Respublikası və Türkiyə Respublikası arasında ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq iki qonşu ölkənin Ticarət Əməkdaşlıqlarının İnkişafı üzrə Strateji Şurasının ən əsas hədəfidir.
SəhərAzəri xəbər verir ki, İran və Türkiyə təkcə 2020-ci ilin ilk yarısında bir milyarddan çox ticarət mübadiləsi aparıblar. Bu iki ölkə ikitərəfli əlaqələri genişləndirməkdə qərarlıdırlar. Hansı ki, iki ölkənin Ali Strateji Şurasının virtual iclasında ona təkid edilib.
M.M: İran-Türkiyə danışıqları regionda həledici rol oynayır. İnanıram ki, epidemioloji vəziyyət yaxşılaşdıqca iki ölkənin əməkdaşlıqları əvvəlki səviyyəyə qayıdacaq.
Son altı ayda İranlı tacirlər və iş adamları Türkiyəyə 631 milyon dollarlıq ixracat reallaşdırıblar, həmçinin Türkiyə tərəfindən 625 milyon dollarlıq mal idxal ediblər.
Milli valyutalarla ticarət sahələrinin araşdırılması, həmçinin mal mübadiləsi iqtisadi əməkdaşlıqları inkişaf etdirmək üçün iki ölkənin qarşısında duran fürsətlərdir.
Kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları və müasir texnologiyalar Türkiyəyə ixracat üçün əsas potensiallar sayılır.
M.M: Bizim plastik sənayemizin neft-kimya məhsullarına kəskin ehtiyacı var. Bu arada İranın neft-kimya məhsulları bizə yaxın olduğu və yaxşı keyfiyyətinə görə, Türkiyə sənayesinin əsas prioritetidir.
Cənubi Parsdan İran və Türkiyənin sərhəd bölgələrinə qədər uzanan Qərbi Etilen Xətti, Türkiyə və Avropaya neft-kimya məhsullarının ixracatını asanlaşdırmaq üçün müsbət bir addımdır. Türkiyə də neft-kimya məhsullarının şahdamarına əl tapmaq üçün bir sıra gömrük güzəştlərini gündəmə gətirib.