Fev 05, 2021 10:29 Asia/Baku
  • İnqilab Rəhbərindən başsağlığı müraciəti

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə höccətülislam Cəlali-Xomeyninin vəfat etməsi münasibətilə başsağlığı veriblər.

SəhərAzəri xəbər verir, Həzrət Ayətullahuluzma Xamenei dünən bu müraciətdə höccətülislam Cəlali-Xomeyninin vəfat etməsi münasibətilə mərhumun ailəsinə, möhtərəm övladlarına və onun tərəfdarlarına başsağlığı verərək, qeyd ediblər ki, İmam Xomeyni(r.ə)-in qədim şagirdlərindən olan höccətülislam Cəlali-Xomeyni inqilabdan sonra İmam(r.ə.) tərəfindən ona həvalə olunan məsuliyyətləri yerinə yetirən fəal və yüksək əhval-ruhiyyəli bir ruhani nümunəsi hesab olunurdu.

Həzrət Ayətullahuluzma Xameneinin müraciətinin davamında deyilir: Allah-Taaladan o mərhum üçün rəhmət, bağışlanma və behişt diləyirəm.

İmam Xomeyni(r.ə)-in şagirdlərindən, həcc üzrə nümayəndələrindən, Xomeyn şəhərinin imamcüməsi, həmçinin Xomeyn dini elmlər hövzəsinin və Tehran Fiqh Tədqiqat Kompleksinin təsisçilərindən olan höccətülislam Cəlali-Xomeyni çərşənbə günü səksən səkkiz yaşında vəfat etdi.

Teqlər