Fev 07, 2021 13:33 Asia/Baku
  • İran Afrika, Asiya və Latın Amerikasına traktor ixrac edir

İranın traktorqayırma şirkətinin icraçı müdiri deyib ki, traktorqayırmanın ixracat imkanları olduqca yüksəkdir və bu sənaye məhsulu dünyanın müxtəlif bölgələrinə ixrac edilir.

SəhərAzəri xəbr verir ki, Əbulfəzl Ebrahimi Təbrizdə «İran-Press» informasiya agentliyinin müxbiri ilə müsahibədə bildirib ki, İranın traktorqayırma şirkəti daxili zavodlardan əlavə, ölkə xaricində və bəzi ölkələrdə də istehsal xətiinə malikdir.

İranın traktorqayırma şirkətinin icraçı müdiri söyləyib ki, bu şirkətin məhsulları cari ildə İranla qonşu ölkələrə, həmçinin Afrika, Şərqi Asiya və Latın Amerikası ölkələrinə eksport olunub.

Ebrahimi deyib: İranın traktorqayırma şirkəti eksport istiqamətli bir kompleksdir. Şirkət ixracat üçün saysız-hesabsız xahişlər alır. Buna görə, İranın traktorqayırma qrupu zavodlarının genişləndirilməsi iş gündəmində durur.

İranın traktorqayırma şirkətinin icraçı müdiri deyib ki, ixracat/ istehsalı fəal şəkildə saxlaya biləcək, məşğulluq səviyyəsini yüksəldəcək və xarici valyutalar vasitəsilə bazara aşılanan nağd pul kütləsini birbaşa şəkildə istehsala tərəf yönəldəcək təkanverici bir qüvvədir. Bu da eksportun önəmini göstərir.

Teqlər