Fev 13, 2021 10:18 Asia/Baku
  • Elm təməlli bir şirkət meyvə tullantılarını ixracat məhsuluna çevirib

Bir yaradıcı şirkət meyvə tullantılarından keyfiyyətli ixrac məhsulları əldə etməyə müvəffəq olub.

SəhərAzəri xəbər verir, Prezident  Administrasiyasının Elm və Texnologiya üzrə Müavinliyinin məlumatına istinadən, "Aspiyan Daruye Sepehrgan Cey" adlı yaradıcı bir şirkətin icraçı direktoru Muxtar Yusifiyan deyib: "Bu məcmuə meyvə tullantıları üzərində araşdırma aparıb və bu sahədə bir araşdırma və inkişaf bölməsi yaradaraq, təsdiq edilmiş keyfiyyətli məhsullar istehsal etməyə müvəffəq olub. Bu kompleksdə istifadə olunan xammallardan biri də albalının özəyidir".

"Aspiyan Daruye Sepehrgan Cey" şirkətinin icraçı direktoru sözlərinin davamında əlavə edib: "Albalının özəyi əvvəllər bir tullantı kimi atılırdı. Hazırda bu tullantı texnologiyadan istifadə etməklə bir neçə fərli məhsulun xammalına çevrilib. Bu məhsullardan biri də bədəndəki göyərmələri aradan qaldırmaq üçün istifadə edilən bir növ qoltuqaltı mumdur".

Yusifiyan deyib: "Başqa bir məhsul da üzdəki ləkələri aradan qaldırmaq və dərinin pilinqi üçün istifadə olunur. Həmçinin bu möcüzəvi maddədən keyfiyyətli bir krem də istehsal olunub ki, dərini aydınlaşdırmaqla yanaşı köhnə yara izlərinin müalicəsində də istifadə olunur. Albalının özəyindən yüz faiz təbii bir sabunda istehsal olunur. Bütün bu məhsullar səlahiyyətli orqanlar tərəfindən lazımi təsdiqləri almağa müvəffəq olmuşdur.

Bu yaradıcı fəal, bu məhsulların ölkəyə yüksək valyuta gətirdiyini bəyan edərək, deyib: "Şirkət eyni zamanda oynaqlar üçün xüsusi yağ da istehsal edib ki, yüksək udma qabiliyyətinə malikdir və bu bölgədəki ağrıları aradan qaldırır. 

"Hazırda bu məhsula bənzər xarici nümunəsinin qiyməti 1 milyon 300 min tümən olduğu halda, bizim məhsulun qiyməti 100 min Tüməndən aşağı istehlakçıya təklif olunur", -deyə Yusifiyan əlavə edib.

"Aspian Daruye Sepehrgan Cey" şirkətinin icraçı direktoru, bu məcmuənin fəaliyyətində innovasiyanın əsas mehvər olduğunu bəyan edərək, deyib: "Bir qrup motivasiyalı gənc mütəxəssis bir araya gəlib və meyvə tullantıları və çəyirdəkləri kimi dəyərsiz materialları dəyərli ixrac məhsullarına çevirir.

Teqlər