İranla Rusiyanın birgə dəniz təlimlərinin ikinci günü
Bu gün səhər saatlarında İranla Rusiyanın birgə dəniz təlimlərinin ikinci günü Hind Okeanının şimal sularında keçirilməkdədir.
SəhərAzəri xəbər verir ki, bu peşəkar döyüşçülər qorxu və təhlükə anlarında xilaskar mələklərdirlər.
Bu gün Ordu və SEPAH-ın xüsusi təyinatlı qüvvələrinin missiyası dəniz quldurları tərəfindən oğurlanmış bir gəminin xilas edilməsdiri.
Bir neçə dəqiqə içərisində İran qartalı kimi aşağı enib, düşməni rəzil edərək, bir küncə sıxışdırıb, sonda həbs edirlər. Hind Okeanının şimalında mürəkkəb dəniz təhlükəsizliyi təlimlərinin ikinci günündə Rusiya hərbi bölmələri də İran komandanlarının planlarına uyğun hərəkət edirlər.
Qəzaya uğramış bir gəmidə baş verən yanğını söndürmək, dənizdə təhlükəsizliyi qorumaq üçün təlim keçmiş qüvvələrin növbəti əməliyyatı idi.
Ordu və SEPAH-ın strateji donanması üçün çox vacib bir məqam İran İslam Respublikasının bu iki güclü qüvvəsinin sinerjisinə səbəb ola biləcək həmin bu birgə təlimlərin keçirilməsidir.
Hind Okeanının şimalında bu dəniz təhlükəsizliyi təlimləri məqsədyönlü şəkildə seçilmiş 17 min kvadrat kilometrlik bir ərazini əhatə edir.
Təlimin iki əsas məqsədi bunlardan ibarətdir:
Birincisi dəniz terrorizmi və piratçılığı ilə mübarizə və ikincisi, fövqəladə vəziyyətlərdə xilasetmə və yardım əməliyyatlarını məşq etmək.
Bu iki günlük məşq bu axşam İran və Rusiya üzən bölmələrinin paradı ilə başa çatacaq.