Fev 19, 2021 16:27 Asia/Baku
  • ABŞ: Avropanın 5+1-İran iclasında iştirak dəvətini qəbul edəcəyik

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Ağ Ev Avropa Birliyinin 5+1-İran iclasında iştirak üzrə dəvətini qəbul edəcək.

SəhərAzəri xəbər verir, Ned Prays Tehran vaxtı ilə bu gün səhərçağı deyib: Amerika Birləşmiş Ştatları Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin İranın nüvə proqramı haqda diplomatik bir yolun tapılması barədə söhbət etmək üçün 5+1-İran iclasında iştirak üzrə dəvətini qəbul edəcək.

Co Baydenin başçılıq etdiyi Amerikanın yeni hökuməti Trampın İran qarşısındakı siyasətlərinin uğursuz qaldığını etiraf edib və bildiribdir ki, nüvə anlaşmasından birtərəfli şəkildə çıxmaq Amerikanın beynəxalq təcridinə səbəb olduğuna görə, ölkəsini BMT Təhlükəsizlik Şurasının da təsdiq etdiyi bu anlaşmaya geri qaytarmaq niyyətindədir.

Bununla belə, Bayden hökumətinin üzvləri keçən günlərdə deyiblər ki, onların nüvə anlaşmasına geri dönmələri İranın öz cavab addımlarından geri çəkilməsindən sonra baş tutacaqdır. Bu sözlər elə bir halda söylənir ki, Vaşinqton nüvə anlaşmasını pozaraq, birtəfərli surətdə ondan çıxıbdır.

İran İslam Respublikası isə bildirib ki, Vaşinqtonun anlaşmanı pozan tərəf olduğuna və Tehranın öhdəliklərinin azaldılmasının ABŞ-ın qeyri-qanuni hərəkətlərinə cavab olaraq həyata keçirildiyinə görə, Tehran tərəfindən hər hansı bir addım sanksiyaların aradan qaldırılmasından sonra atılacaqdır.

Teqlər