Fev 19, 2021 22:04 Asia/Baku
  • Amerika Trampın bütün sanksiyalarını qeyd-şərtsiz götürməlidir

İranın xarici işlər naziri vurğulayıb: Amerika Trampın bərpa və tətbiq etdiyi bütün sanksiyaları qeyd-şərtsiz və təsirli şəkildə götürməlidir.

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün bir tvittdə Amerikanın tətik mexanizmindən geri çəkilməsinə cavab olaraq yazıb: Amerika etiraf etdi ki, Pompeonun 2231 saylı qətnamə barədəki iddiaları heç bir qanuni etibara malik deyil; biz də bu fikirlə razıyıq.

Zərif əlavə edib: Amerika 2231 saylı qətnaməyə sadiq qalaraq, Tramp tərəfindən bərpa və tətbiq olunmuş bütün sanksiyaları qeyd-şərtsiz və təsirli şəkildə aradan qaldırmalıdır.

İranın xarici işlər naziri vurğulayıb: Amerikanın sanksiyaları aradan qaldırmasından sonra, İran da dərhal bütün düzəliş tədbirlərini, yəni öhdəliklərin azaldılmasını geriyə qaytaracaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də bu gün bir tvittdə Amerikanın BMT-nin Təhlükəsizlik Şurasında tətik mexanizmindən geri çəkilməsinə reaksiyada yazıb: Amerikanın nüvə anlaşmasından çıxmasına görə, 5+1 mövcud deyil və hazırda təkcə İran və 4+1 var.

İran Xarici İşlər Nazirliyinin sözçüsü xatırladıb ki, Donald Tramp nüvə anlaşmasını tərk etdi və çalışdı ki, onu məhv etsin. O, sonra bildirib: 5+1-i bərpa etmək üçün Amerika hərəkətə keçməli və sanksiyaları götürməlidir.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın hökuməti 2020-ci ilin avqustunda İrana qarşı silah sanksiyalarınının müddətini uzatmaqda nakam qaldıqdan sonra BMT-nin anti-İran sanksiyalarını geri qaytarmaq üzrə uğursuz hərəkətlərə başladı.

Belə bir halda, ABŞ-ın yeni hökuməti bu ölkənin əvvəlki hökumətinin İrana qarşı maksimum sanksiyalar tətbiqetmə siyasətinin uğursuz qalmasına görə, bildirdi ki, nüvə anlaşmasından birtərəfli qaydada çıxışın Vaşinqtonun beynəlxalq təcridinə səbəb olduğuna görə, Amerika BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş İrana qarşı sanksiyaların götürülməsi barədəki anlaşmaya geri dönəcək.

Teqlər