Heç kəs İranın nüvə anlaşmasındakı xoşməramlılığını şübhə altına ala bilməz
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini vurğulayıb ki, heç kəs İranın nüvə anlaşmasındakı xoşməramlılığını şübhə altına ala bilməz.
SəhərAzəri xəbər verir, Seyyed Əbbas Əraqçi deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin on beş hesabatı İran İslam Respublikasının nüvə anlaşmasına tam şəkildə sadiq qaldığını təsdiq edir.
Əraqçi İranın birinci telekanalının «Birinci baxış» verilişində İranın nüvə anlaşması addımlarına və avropalı tərəflərin «Tehran diplomatiyanı təhlükəyə salıbdır» iddialarına işarə edib. Bildirib ki, avropalıların belə bir iddia irəli sürməyə haqları yoxdur.
Əraqçi sonra belə qeyd edib: Əgər nüvə anlaşması indiyədək yaşayırsa, o da İranın siyasətlərinə görədir və avropalılar Təhlükəsizlik Şurasında «Snapp bir» layihəsinin tətbiqi sahəsində Amerika ilə müxalifətdən savayı, nüvə anlaşmasının qorunmasında heç bir paya malik olmayıblar.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini vurğulayıb ki, İranın nüvə anlaşması addımları anlaşmanın 26 və 36-cı bəndlərinə əsasən atılıbdır.
O, sonra deyib: İran nüvə anlaşmasındakı haqqından istifadə edib. Onun addımları Avropa və Amerikanın addımlarına cavab olaraq atılıb. İran daim bildiribdir ki, addımları geriyə dönəsidir.
Əraqçi ABŞ rəsmilərinin 5+1 qrupu formasında İranla müzakirə barədəki son fikirlərinə işarə edib. Deyib ki, Amerikanın nüvə anlaşmasına qayıtması sanksiyalar götürülmədən mənasızdır.