Fev 21, 2021 15:59 Asia/Baku
  • Salehi-Qrossi müzakirələri başlanıb

Tehranda İranın Atom Enerjisi Təşkilatının sədri və MAQATE-nin baş direktorunun müzakirəsi başlanıb.

SəhərAzəri xəbər verir, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin müzakirəsi, agentliyin nəzarət sazişi üzrə fəaliyyətləri, həmçinin «İran xalqının maraqlarının qorunması və sanksiyaların ləğvi üzrə strateji addım qanunu»nun eyni vaxtda icra olunması istiqamətində koordinasiya məqsədilə, bu gün başlanıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru nüvə anlaşması öhdəliklərinin azaldılması çərçivəsində İranın nüvə fəaliyyətlərindəki son dəyişikliklər barədə İranlı rəsmilərlə görüşüb, məşvərət etmək üçün dünən gecə Tehrana daxil olub.

Teqlər