"Culfa-Naxçıvan dəmir yolu marşrutu Avropaya birləşir"
https://azeri.sahartv.ir/news/İran-i373712-culfa_naxçıvan_dəmir_yolu_marşrutu_avropaya_birləşir
İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi İrəvan və Tbilisiyə qədər uzanan Culfa-Naxçıvan dəmir yolu marşrutundan bəhs edərkən, deyib: "Culfa-Naxçıvan dəmir yolu xəttini bərpa etməklə Qara dəniz və Avropa ölkələri ilə Gürcüstan üzərindən əlaqə qura biləcəyik”.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 25, 2021 12:59 Asia/Baku

İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi İrəvan və Tbilisiyə qədər uzanan Culfa-Naxçıvan dəmir yolu marşrutundan bəhs edərkən, deyib: "Culfa-Naxçıvan dəmir yolu xəttini bərpa etməklə Qara dəniz və Avropa ölkələri ilə Gürcüstan üzərindən əlaqə qura biləcəyik”.

SaharAzeri xəbər verir, Məhəmməd Rza Purməhəmmədi İranın Gürcüstandakı səfiri ilə videokonfrans formatında keçirilən görüşdə Şərqi Azərbaycan vilayətinin İranın Sənaye Nazirliyi tərəfindən qonşu ölkələrlə ticarətin inkişafına cavabdeh bölgə seçildiyini deyib.

O əlavə edib: “Gürcüstanla yaxşı iqtisadi və mədəni əlaqələrimiz var və bu ölkə ilə əlaqələrimizi genişləndirməyə və inkişaf etdirməyə çalışırıq”.

İrəvan və Tbilisiyə qədər uzanan Culfa-Naxçıvan dəmir yolu marşrutundan bəhs edən Purməhəmmədi qeyd edib: “Həmin dəmir yolu marşrutunu yenidən qurmaqla Gürcüstan vasitəsilə Qara dəniz və Avropa ölkələri ilə əlaqə qura biləcəyik”.

Bu gün nəqliyyat vasitələri ilə kommunikasiyaların olduqca həlledici olduğunu vurğulayan Şərqi Azərbaycan valisi qeyd edib: “Azərbaycan və Naxçıvan Muxtar Respublikası vasitəsilə sözügedən dəmir yolu marşrutunun bərpasına üstünlük verdik və onlar da buna müsbət yanaşıblar”.