Fev 26, 2021 09:35 Asia/Baku
  • AB-nin əlavə protokolun icrasının dayandırılmasına reaksiyası

Avropa Birliyi bir bəyanatda İranın, əlavə protokolun icrasının dayandırılması istiqamətində İslam Şurası Məclisinin qərarını yerinə yetirmək qərarına reaksiya verib.

SaharAzeri xəbər verir, Avropa Birliyi bu bəyanatda nüvə anlaşmasına sadiq qaldığını vurğulayaraq, hazırkı həssas mövqedə bu anlaşmanın himayə olunmasının davam etməsinə təkid edib.

Bəyanatda həmçinin nüvə anlaşmasının qorunması və onun tam şəkildə icra edilməsinə zəmanətin verilməsi üçün dünya ictimaiyyətilə əməkdaşlığın davam etdirilməsi vurğulanıb.

İranın bundan öncə qarşı tərəflərin nüvə anlaşması öhdəliklərinin icra olunmayacağı və sanksiyaların ləğv edilməyəcəyi təqdirdə bu addımı atacağı haqda Avropa üçlüyünə xəbərdarlıq etdiyi bir halda, indi Avropa Birliyi İranın əlavə protokolun icrasını dayandırması qərarından son dərəcə nigaran olduğunu bildirir.

Avropa Birliyi həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İran arasında əldə olunmuş ikitərəfli texniki anlaşmaya işarə edibdir ki, agentliyin baş direktorunun dediyinə görə, bu anlaşma ilə/ əlçatanlığın azaldılması yüngülləşəcək və nəzarət və faktaraşdırıcılıq üzrə fəaliyyətlərin üç ayadək davam etməsinə icazə veriləcək.

İran və agentlik ötən bazar günü razılığa gəldilər ki, əlavə protokolun icrası və İranda nüvə anlaşması əlçatanlıqları tam şəkildə dayandırılsın və sırf olaraq, İranın nəzarət razılaşması üzrə öhdəlikləri icra edilsin. Bu əsasda, İran İslam Şurası Məclisinin qərarına görə, nəzarət razılaşmasından kənar heç bir əlçatanlıq agentliyə verilməyəcək və nəzarət razılaşmasından kənar heç bir təftiş də həyata keçirilməyəcəkdir.

İran Amerikanın 2018-ci ilin səkkiz mayında birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasının ardınca bu anlaşmanı onun digər tərəflərinin öz öhdəliklərinə əməl etmələri şərti ilə qorumağa çalışdı, amma avropalılar anlaşmanın qorunması üçün vəd verilmiş real addımlarda heç bir uğur qazanmadılar.

Teqlər