Fev 26, 2021 19:18 Asia/Baku
  • Niyə

Mərkəzi Asiya və Qafqaz məsələləri üzrə ekspert deyib: Həzrət Ayətullah İmam Xameneinin 17 Rəbi mövqeyi Qarabağla bağlı fitnə və təhlükələri elə əvvəlində boğdu.

SaharAzeri xəbər verir, «Bultan Nyus»un məlumatına görə, Borhan Heşməti 17 Rəbi Qarabağ diskursunun bəyanı zərurəti barədəki bir qeyddə yazıb: Cürətlə demək olar ki, Qarabağ böhranının əvvəlindən bu bölgənin mahiyyəti və taleyi, həmçinin bu böhranın həlli tərzi barədə qərara alınan və otuz ilə yaxın bir dövrün keçməsindən sonra yerində qalan sabit və möhkəm mövqe, məhz Həzrət Ayətullah İmam Xameneinin mövqeyidir.

O həzrət Qarabağ müharibəsinin başlandığı elə ilk zamanda Təbriz əhalisi üçün etdikləri çıxışda vurğuladılar: Qarabağ İslam torpağıdır və bu bölgənin işğalına son qoyulmalıdır.

Qarabağ müharibəsinin başlanmasından otuz ilə yaxın bir dövrün keçməsindən sonra da Həzrət Ayətullahuluzma Xamenei 1442-ci hicri qəməri il Rəbiuləvvəl ayının 17-də etdikləri çıxışda işğalın bu bölgədən qaldırılması, onun Azərbaycan Respublikasına qaytarılması, həmçinin o həzrətin «kədərli hadisə» və «regionun təhlükəsizliyini hədələyən amil» adlandırdıqları bu müharibənin bitməsi zərurətinə təkid etdilər.

Qarabağ barədə belə bir sabit, möhkəm, dəlilli və məntiqi bir mövqeni heç bir digər mənbə və mərkəzdən görməmişik. Zira Qarabağ böhranı tarixinin müəyyən dövrlərində, hətta Azərbaycan Respublikası belə, sazişin müxtəlif növlərini əhatə edən həll yollarının qəbul edilməsinə ya meyl göstərib, ya da ki, təslim olubdur. Hərçənd siyasi dəlillərə və müxtəlif amillərin müdaxiləsinə görə, həmin sazişlər həyata keçməyibdir.

Hamısı/ Dağlıq Qarabağda yaşayan ermənilərin Rusiya, Amerika və Avropanın himayələri ilə Azərbaycan Respublikasından ayrılmalarını qətiləşdirmək üzrə əzmkarlığına təkid edən bu bölgədəki son ayların hadisələri Azərbaycan Respublikasının bu barədəki rəsmi mövqeyini qaranlıq bir halədə qoyubdur.

44 günlük Qarabağ müharibəsinin sonunda Azərbaycan Respublikası xalqının qəflətən Moskvadakı gecə razılaşmasından xəbərdar olduğu kimi, gələcəkdə də Qarabağ barədə Azərbaycan Respublikası xalqının istəyi və tələbinə əsla uyğun gəlməyən başqa siyasi razılaşmalar əldə oluna bilər.

Belə bir şəraitdə, Qarabağ məsələsi barədə 17 Rəbi adlı diskursun bəyanı inkarolunmaz bir zərurətdir.

Teqlər