İranın oxatma üzrə yığmasının üzvü BƏƏ-də keçirilən parayarışların ikincisi olub
Fev 26, 2021 20:47 Asia/Baku
İranın oxatma üzrə yığmasının üzvü Zəhra Neməti əmirliklərdə keçirilən beynəlxalq parayarışların gümüş medalını qazanıb.
SaharAzeri xəbər verir, Zəhra Neməti yeddinci paraoxatma yarışlarının finalında türkiyəli rəqibinə altı-iki hesabı ilə məğlub olaraq, yarışların ikincisi olub və gümüş medal əldə edibdir.
Öz qovluğunda London və Rio paralimpiya oyunlarının qızıl medallarına malik olan Neməti Fransa dünya çempionatında ikinci dəfə dalbadal/ olimpiya və paralimpiya oyunlarında iştirak etmək vəsiqəsi qazanmaq ardıncadır.
Neməti Rio-de-Janeyroda keçirilən olimpiya oyunlarının keçən dövründə səkkiz ən yaxşı oxatan sırasında yer almağa müvəffəq oldu. O, paralimpiya oyunlarında da qızıl medal əldə etməyə nail oldu.