Fev 27, 2021 15:41 Asia/Baku
  • İraq XİN-i İİran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

İraq xarici işlər naziri Fuad Hüseyn Tehrana səfəri zamanı İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb danışıqlar aparıb. Görüşdə regional inkişaflar və maliyyə məsələləri araşdırılıb.

SəhərAzəri xəbər verir ki, Admiral Əli Şəmxani bu gün günortadan əvvəl İraq Xarici İşlər naziri Fuad Hüseyni ilə görüşdə ABŞ-ın İraqdakı son hərəkətlərini, İraq parlamentinin xarici qoşunların İraqdan geri çəkilməsinə dair qəbul etdiyi qanunun tətbiqinin təxirə salınması kimi dəyərləndirərək,  bu hərəkətin regionda gərginliyin və bölgədəki böhranın artmasına səbəb olacağını söyləyib.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, ABŞ-ın bölgədəki İŞİD terror fəaliyyətini gücləndirib inkişaf etdirmək üçün son hərəkətlərini və müqavimətin anti-terror qüvvələrinə vəhşicəsinə hücum etdiyini, mütəşəkkil terrorizmin yeni dalğasının başlanğıcı hesab edərək Əlavə edib: "İran və terrorla mübarizədəki başqa ölkələr bölgədə asılı təkfirçi terrorizmin dirçəlməsinə icazə verməyəcəklər.

"İclas zamanı İraq Xarici İşlər Naziri Fuad Hüseyn İraqdakı son siyasi və təhlükəsizlik inkişaflarına dair bir hesabat təqdim edərək deyib:Təhlükəsizlik və sabitlik iqtisadi inkişafın və çiçəklənmənin təməlidir və illər boyu terrorizmə və əmin-amansızlığa qarşı mübarizə ilə məşğul olan İraq kimi bir ölkə üçün təhlükəsizliyin yaradılması birinci prioritetdir.

 

Teqlər