Mart 01, 2021 13:35 Asia/Baku
  • İraqçi:

İranın xarici işlər nazirinin müavini Beynəlxalq "17 Rəbiül-Əvvəl Qarabağ" konfransında, İslam İnqilabının Böyük Rəhbərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı yol göstərmələrinin çox təsirli olduğunu bəyan edib.

SəhərAzəri xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçi Beynəlxalq "17 Rəbiül-Əvvəl Qarabağ" konfransında deyib: "Dağlıq Qarabağ Qafqaz bölgəsindəki ən mürəkkəb və uzun müddətli böhranlardan biridir və əlbəttə ki, Qafqaz bölgəsi çox keşməkeşli bir tarixə malikdir və Qarabağ həmişə gərginlik və böhran məkanı olubdur, beləki Sovet İttifaqının dağılmasından sonra 90-ci illərdə bu bölgə müharibə məkanına çevrilib".

İraqçi əlavə edib: "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən sonra beynəlxalq ictimaiyyət böhranın həllindən aciz qaldı və o zaman Azərbaycan Respublikasına çox köməklik göstərildi və hətta Iran bir neçə şəhid də verildi"

İranın xarici işlər nazirinin müavini sonra deyib: "Azərbaycan hökuməti və xalqı işğal altında olan ərazilərini hərbi yolla azad etməyə qərar verdilər və İranın mövqeyi daima işğala qarşı çıxmaq olubdur və bu istiqamətdə Azərbaycan Respublikası ilə Xudafərin su bəndinin inşasına dair müqavilənin bağlanması öz-özlüyündə Azərbaycan Respublikasının Qarabağ üzərində suverenliyinin tanınmasını göstərir".

O, sanksiya dönəmində İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin təbii formada davam atdiyini bəyan edərək, deyib: "Azərbaycan Respublikası ilə münasibətlərimizi qarşılıqlı hörmət və maraqların qorunması əsasında davam etdiririk".

İraqçi qeyd edib ki, Qarabağ müharibəsinin başlanmasından sonra İran İslam Respublikası hərbi əməliyyatların dayandırılması və işğal olunmuş ərazilərin geri qaytarılması, həmçinin dayanıqlı bir həll yolu tapmaq və bölgə ölkələri arasında tranzit xəttləri yaratmaq üçün danışıqlara başlanılmasına dair bir plan hazırladı ki, rəğbətlə qarşılandı".

O, sözlərinin davamında deyib: "Qarabağ böhranında tutduğumuz bütün mövqelərin başında İslam İnqilabının Böyük Rəhbərinin təlimatları dayanır ki, çox təsirli idi və bütün bu illərdə onun təlimlərinə uyğun hərəkət etmişik".

İranın xarici işlər nazirinin müavini bölgədəki ölkələrin sərhədlərində hər hansı bir dəyişikliyə və ölkələrin suverenliyinin təhdid edilməsinə qarşı olduqlarını bildirib.

"Hazırda İranla Azərbaycan Respublikası arasında siyasi, sosial və mədəni əlaqələr ən yüksək səviyyədədir və biz mütləq iki tərəf arasındakı yaxşı münasibətləri davam etdirəcəyik və bütün ölkələrləmehriban qonşuluq siyasəti davam etdiriləcək", - deyə İranın xarici işlər nazirinin müavini qeyd edib.