Ruhani: "Maksimum təzyiq və təhdid cavab vermədi"
İran İslam Respublikası prezidenti düşmənin maksimum təzyiq və təhdidlərinin nəticəsiz olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü keçirilən Mədəni İnqilab Ali Şurasının cari günəş ilindəki son iclasında deyib: "Bu gün sanksiya tətbiq edənlər özləri açıq şəkildə etiraf edirlər ki, maksimum təzyiq və təhdidlər nəticə vermədi və yanlış bir hərəkət idi".
"Xalqın dözümlülüyü və İslam İnqilabının Böyük Rəhbərinin təlimləri ilə bu çətin günlərı arxada qoyduq", - deyə Ruhani qeyd edib.
İran İslam Respublikası prezidenti əlavə edib: "Bu gün İranı boykot edənlər məğlubiyyətə etiraf etməklə yanaşı, çıxış yolunun iqtisadi müharibədən əvvəlki yola qayıtmaq olduğunu deyirlər".
Ruhani vurğulayıb: "Keçən il koronavirusun yayılması ilə sanksiyaya məruz qalmayan inkişaf etmiş ölkələr belə mal tədarükü və paylanmasında problem yaşadı, lakin İran İslam Respublikası möhkəm addımlarla həm koronavirusun yayılmasını, həm də hərtərəfli sanksiyaları idarə etdi".
İran İslam Respublikası prezidenti, həmçinin deyib: "Düşmənin gözləntisinin əksinə olaraq, İran nəinki çətinliklər qarşısında diz çökmədi, hətta ölkənin inkişaf yolunu daha da hamarladı".
Ryhani xatırladıb: "Bu gün ölkə gənclərinin istedadı və səyləri sayəsində hər cür tibbi avadanlıq və ehtiyacların istehsalında özümüzü təmin edirik və İranın istehsal etdiyi koronavirusa qarşı peyvəndin kütləvi istehsal mərhələsi ərəfəsindəyik".