İran-Rusiya həmkarlıqları ikitərəfli əlaqələr həddini keçib
https://azeri.sahartv.ir/news/İran-i374307-İran_rusiya_həmkarlıqları_ikitərəfli_əlaqələr_həddini_keçib
İran Xarici İşlər Nazirliyi bildirib: İran və Rusiyanın iki ölkənin yüksək vəzifəli liderləri və rəsmilərinin iradələrinin spektrində ortaq maraqların təmini istiqamətindəki əməkdaşlılqları ikitərəfli əlaqələr həddini keçərək, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə kömək etapına daxil olubdur.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 12, 2021 11:03 Asia/Baku
  • İran-Rusiya həmkarlıqları ikitərəfli əlaqələr həddini keçib

İran Xarici İşlər Nazirliyi bildirib: İran və Rusiyanın iki ölkənin yüksək vəzifəli liderləri və rəsmilərinin iradələrinin spektrində ortaq maraqların təmini istiqamətindəki əməkdaşlılqları ikitərəfli əlaqələr həddini keçərək, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə kömək etapına daxil olubdur.

SəhərAzəri xəbər verir ki, İran Xarici İşlər Nazirliyi «İran İslam Respublikası ilə Rusiya arasında həmkarlıq prinsipləri və qarşılıqlı əlaqələrin əsası» müahidəsinin 20-ci ildönümü münasibətilə bir bəyanat yayıb.

Bəyanatda deyilir: «İran İslam Respublikası ilə Rusiya arasında həmkarlıq prinsipləri və qarşılıqlı əlaqələrin əsası» müahidəsinin 20-ci ildönümü iki ölkə rəhbərlərinin mesaj mübadiləsinə təsadüf edib.

Bəyanatda sonra deyilir: İran Rusiyaya/ «əməkdaşlıq və qarşılıqlı hörmət» əsasında özünün dost və güclü qonşusu kimi baxır və bu ölkə ilə münasibətlərini bütün sahələrdə daha da genişləndirməyə maraqlıdır.

İran Xarici İşlər Nazirliyinin bəyanatında sonra deyilir: İran və Rusiya «beynəlxalq hüquqa hörmət» zərurəti və «öz münasibətlərində üçüncü amillərin rol oynamalarına mane olmaq» sahələrində, həmçinin «Qərbin digər ölkələrin işlərinə müdaxilələri» və «birtərəfli və bəşəriyyətə zidd sanksiyalar» əleyhinə tam həmrəyliyə malikdirlər.

«İran İslam Respublikası ilə Rusiya arasında həmkarlıq prinsipləri və qarşılıqlı əlaqələrin əsası» müahidəsi 2001-ci il martın on ikisində 21 maddədə İranın ozamankı prezidentinin Moskvaya səfəri zamanı iki tərəf vasitəsilə imzalanıbdır.