Ərakda növü islah edilmiş şitil istehsalı
https://azeri.sahartv.ir/news/İran-i374398-Ərakda_növü_islah_edilmiş_şitil_istehsalı
İranın ən böyük püstə şitilliyində ümid cücərtiləri. Kiçik püstələr ağızlarını açarkən, təbəssümləri cazibədar olur və onlar üçün zəhmət çəkən insanların yorğunluğunu çıxarır. Onların digər ölkələrə səfəri isə yaxşı valyuta gətirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2021 15:08 Asia/Baku
  • Ərakda növü islah edilmiş şitil istehsalı

İranın ən böyük püstə şitilliyində ümid cücərtiləri. Kiçik püstələr ağızlarını açarkən, təbəssümləri cazibədar olur və onlar üçün zəhmət çəkən insanların yorğunluğunu çıxarır. Onların digər ölkələrə səfəri isə yaxşı valyuta gətirir.

SəhərAzəri xəbər verir ki, Gözəl deyildirmi? Bizim gözlərimiz deyir ki, bu şəhərciyi abad edən şey, elə bu təravətdir. Amma qızılı tarlanın o tayındakı qurğular başqa bir şeydən söz açır.

Savənin Avə şəhəri- öz istixanaları ilə məşhur olan bir şəhər.

Bu istixananın daxili dünyası, digər istixanalardakından fərqlənir. Bura, İranda, dəyərli məhsul şitilləri və cücərtilərinin istehsalı və çoxaldılması üzrə ən böyük mərkəzdir. Dünyanın ən son texnologiyasından istifadə ilə formalaşan və Nərsəri kimi tanınan bir istixana.

Torpaqdan baş qaldıran yaşıl tumurcuqlar fərqli şəkildə böyüyüblər.

Modern sistemlər suyun itki əmsalını sıfıra endiriblər.

İstehsalı, etaplarla təkmilləşdikdən sonra cücərti, şitil olmaq üçün başqa salonlara köçürülür.

Torpaq, suyun şorluğu və şaxta qarşısında müqavimət, onların yeganə məziyyəti deyildir.

İran dünyada püstə istehsalının meydana gəldiyi ilk məkandır.

Hər il İranda 350 min tona yaxın püstə məhsulu istehsal edilir.

Püstə məhsulunun satışından ölkəyə ildə bir milyard dollara yaxın valyuta nəsib olur ki, bu istixanaların işə salınması və növü islah olunmuş şitillərin istehsalı ilə/ qarşıdakı illərdə istehsal və ixracat səviyyəsini bir neçə dəfə artırmaq olar.