Mart 14, 2021 20:42 Asia/Baku
  • Rusiya İranla  əməkdaşlıqların genişləndirilməsinə təkid edib

Rusiya Federasiyasının Tehrandakı səfiri ölkənin müxtəlif sahələrdə İran İslam Respublikası ilə əməkdaşlığı artırmağa hazır olduğunu açıqlayıb.

SəhərAzəri xəbər verir ki,  Rusiya Federasiyasının Tehrandakı səfiri "Lavan Jaqarian" insan haqlarının İran və Rusiya üçün çox önəmli olduğunu vurğulayaraq, əksər xalqları məşqul edən dərman sanksiyalarının qeyri-insani və qanunsuz olduğunu söyləyib.

O əlavə edib: ABŞ və Qərb ölkələrinin iddialarına zidd olaraq sanksiyalar birtərəfli olduğu və insanları hədəf aldığı üçün qınanır.

 Rusiya Federasiyasının Tehrandakı səfiri "Lavan Jaqarian"  həmçinin bu sanksiyaların, İran İslam Respublikası, Suriya və Venesuela kimi ölkələrə, müstəqil ölkələr olduqlarına görə tətbiq olunduğunu açıqladı.

Jaqarian, Rusiyanın sanksiyalara məhəl qoymadan bu günə qədər İrana üç peyvənd göndərdiyini və İrana daha çox peyvənd göndərməyə davam edəcəyini söyləyib.

 Jaqarian, Rus peyvəndinə qarşı mənfi atmosfer yaratmağı da tənqid edərək, Qərb ölkələrinin Rusiyada Sputnik peyvəndinin ən yaxşı korona peyvəndi olduğunu qəbul etmək istəmədiklərini söyləyib.

Rusiya səfiri, həmçinin Moskvanın sanksiyalardan asılı olmayaraq İranla müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

 

Teqlər