Mart 15, 2021 14:36 Asia/Baku
  • Xətibzadə:

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla əlaqələrini qorumaq üçün texniki çərçivədə və qərəzsiz bir şəkildə açıqlama verməli olduğunu vurğulayıb.

SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə mətbuat konfransında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin son açıqlamaları ilə bağlı sualın cavabında deyib: "İranın nüvə fəaliyyətlərinə nəzarət məsələsi texniki bir məsələdir və İran nəzarət mexanizmi çərçivəsində lazımi girişi imkanını təmin edibdir". 

O, İran gəmilərinə hücumlar və sionist rejimin bu təxribat əməliyyatında əlinin olması ehtimalı ilə əlaqədar deyib: "Qüdsü işğal edən rejim bölgədə sakitlik hökm sürdüyü zaman, onu gərginləşdirmək üçün hərəkətə keçir və bu rejim öz həyatı və ölümünü müharibədə, böhranda və səbatsızlıqda görür".

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi, həmçinin Suriya xalqının əzab-əziyyətlərini azaldacaq və bu ölkədə sülhə və bərpa işlərinə səbəb olacaq istənilən təşəbbüsü alqışladıqlarını söyləyib.

Xətibzadə İraq Kürdüstanı Bölgəsinin paytaxtı Ərbil şəhərində hava limanına edilən son hücumda İranın iştirakı ilə bağlı ittihamlar barədə də deyib: "Bu hərəkət çox şübhəlidir və biz İraq hökumətindən onun səbəbkarları və göstəriş verənlərini müəyyən etməyi istəmişik".

İran Xarici İşlər Nazirliyinin sözçüsü , həmçinin  deyib: "İraqın sabitliyi bölgə üçün əhəmiyyətlidir və bunları edənlər regionda sabitliyin hökm sürməsini istəmirlər".

Səid Xətibzadə mətbuat konfransında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin son açıqlamaları ilə bağlı sualın cavabında deyib: "İranın nüvə fəaliyyətlərinə nəzarət məsələsi texniki bir məsələdir və İran nəzarət mexanizmi çərçivəsində lazımi girişi imkanını təmin edibdir". 

Teqlər