Hizbullah heyəti Moskvada İranın səfiri ilə görüşdü
Hizbullah heyəti Moskvada İranın səfiri ilə görüşdü
Livanın Hizbullah hərəkatının nümayəndə heyəti, Moskvada İran səfiri ilə görüşündə Livan müqavimətinə verdiyi dəstəyə görə İrana təşəkkür edib.
Farsnewsa istinadla SəhərAzəri xəbər verir ki,İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali dünən (15 mart) Moskvada səfərdə olan Livanın Hizbullah hərəkatının parlament heyəti ilə görüşüb.
Hizbullahın Livan parlamentindəki Müqavimətə Sədaqət fraksiyasının lideri Məhəmməd Raad Livan nümayəndə heyətinə rəhbərlik edib.
Bu görüşdə tərəflər Livan, Suriya, Fələstindəki proseslər, müqavimət cəbhəsi və s. daxil olmaqla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Kazım Cəlali İran İslam Respublikasının Hizbullahı və müqavimət oxunu dəstəkləməyə davam etdiyini vurğulayıb və sionist düşmən üzərində qələbəyə aparan yeganə yolu müqavimət və sabitlik hesab edib.
Məhəmməd Raad, həmçinin Livan İslami Müqavimətinə verdiyi dəstəyə görə, İran İslam Respublikasına təşəkkür edib və müqavimətin düşmən üzərində son qələbəyə qədər davam etməsinin vacibliyini vurğulayıb.
İran İslam Respublikasının Moskvadakı səfirliyində baş tutan görüşə Livanın Rusiyadakı səfiri Şoqi Bonser də qatılıb.
Xatırladaq ki, Hizbullahın Livan parlamentindəki Müqavimətə Sədaqət fraksiyasının lideri Məhəmməd Raadın başçılığındakı heyət dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşmüşdü.