İslam İnqilabının Böyük Rəhbərinin yeni il münasibətilə bəyanatı
İslam İnqilabının Böyük Rəhbəri 1400-cü günəş ilinin başlanması münasibətilə novruz bayramını təbrik ediblər.
SəhərAzəri İslam İnqilabının Böyük Rəhbərinin bayram müraciətinin tam mətnini təqdim edir:
بسم اللّه الرّحمن الرّحیم و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین. یا مقلّب القلوب والابصار، یا مدبّر اللّیل و النّهار، یا محوّل الحول و الاحوال، حوّل حالنا الی احسن الحال
بسم اللّه الرّحمن الرّحیم
و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین.
یا مقلّب القلوب والابصار، یا مدبّر اللّیل و النّهار، یا محوّل الحول و الاحوال، حوّل حالنا الی احسن الحال.
Novruz bayramının və yeni ilin gəlməsi münasibətilə bütün əziz həmvətənlərimizi, xüsusən möhtərəm şəhid və müharibə əlillərinin ailələrini və bütün fədakar döyüşçüləri təbrik edirəm. Həmçinin bayram münasibətilə novruz bayramını qeyd edən bütün xalqları təbrik edirəm.
Bu il bizim bayramımız mübarək şəbaniyyə bayramlarına təsadüf edir ki, ümid edirəm, bu maddi və mənəvi cəhətdən bizim yeni ilimiz üçün inşaallah, firavan bərəkətlərə malik olacaq. Və 1400-cü il onunla mübarəkdir ki, onda iki nimeye şəban var və xalq bu ildə iki dəfə Vəliyullahuləzəm(ərvahuna fidah)-ın mövludunu bayram edəcək.
1399-cu günəş ilindəki müxtəlif hadisələr
1- Koronavirus və onun xalqın yaşayışına təsiri
1399-cu günəş ili müxtəlif və bəzən də nadir hadisələrlə başa çatdı. Bizim xalq üçün doğrudan da nadir və naməlum olan hadisələrdən biri, koronavirus fenomeni idi ki, demək olar ki, bütün xalqın həyatını müəyyən tərzdə təsir altına aldı. Həm məşğuliyyətləri, həm dərs mühitlərini, dini toplantıları, həm səfərləri, idmanı və ölkənin digər müxtəlif məsələrini təsir altına aldı və ölkədəki məşğulluğa möhkəm zərbə vurdu. Əlbəttə, bunlardan daha acısı, bizim əziz xalqdan on minlərlə nəfərin həyatını itirməsi oldu ki, bu, on minlərlə ailənin kədərli və yanıqlı olması deməkdir. Mən elə burada fürsətdən istifadə edərək, bütün həmin əziz ailələlər başsağlığı verirəm və onların kədəri ilə bölüşürəm. Ümid edirəm ki, Allah-Taala onlara səbir və əcr verəcək və həyatlarını itirənlərə öz rəhəməti və mərhəmətinə şamil edəcək.
2- İran xalqının koronavirus və düşmənin maksimum təzyiqi ilə mübarizədəki bacarıqlarının özünü göstərməsi
1399-cu il həmçinin digər tərəfdən, İran xalqının bacarıqlarının özünü göstərməsi ili olubdur; elə bu koronavirus kimi böyük sınaqla mübarizədə. İnsafla demək lazımdır ki, bizim əziz xalqımız müalicə və səhiyyə məcmuələrindən tutmuş tədqiqatçılar və ailmlərədək, xalq kütlələrinədək, zəhmətkeş və cihadi qruplaradək bu acı hadisənin idarə olunması üçün böyük bir bacarıq göstərdi və özü də sanksiya dövründə düşmənin maksimum təzyiqi, sanksiyanın mövcud olması, ölkə xaricindəki imkanlardan istifadə etmək üçün müxtəlif yolların bağlı olması ilə. Bizim xalqımız, alimlərimiz, həkimlərimiz, tibb və şəfqət işçilərimiz, laboratoriya işçilərimiz, radilojistlərimiz, ümumiyyətlə xalqın müalicəsi ilə məşğul olanlar doğrudan da böyük bir təcrübəni yadigar qoya və böyük bir bacarıq göstərə bildilər. Həmçinin İran xalqı düşmənin maksimum təzyiqi ilə mübarizədə öz bacarığını göstərdi. Amerika başda olmaqla bizim düşmənlərimiz İran xalqını bu maksimum təzyiq ilə dizə çökdürmək istəyirdilər. Bu gün onların özləri və onların avropalı yoldaşları açıq şəkildə deyirlər ki, maksimum təzyiq uğursuz qalıbdır. Biz bilirdik ki, düşmənlər məğlub olacaqlar və biz düşməni bu sahədə məğlub etməkdə əzmkar idik. Biz bilirdik ki, xalq dayanacaq, lakin bu gün onların özləri etiraf edirlər ki, bu maksimum təzyiq uğursuz qalıbdır.
"İstehsal sıçrayışı" şüarının gözlənilən həddə deyil, qəbulediləsi həddə reallaşması
Yaxşı, 1399-cu ilin şüarı, "İstehsal sıçrayışı" şüarı idi. Bizə hər tərəfdən məlumat çatır. Mən əgər çox sayda xalq, dövlət, müxtəlif orqanlar və müxtəlif cəhətlərdən gələn məlumatlara əsasən, dəyərləndirmə aparmaq istəsəm, deməliyəm ki, bu şüar qəbulediləsi həddə həyata keçib, yəni istehsal sıçrayışı ölkənin müxtəlif sektorlarında və ölkənin müxtəlif məsələlərindən bəzilərində həyata keçibdir. Əlbəttə, gözlənilən həddə yox; yəni bu şüarın reallaşdığı sahələr bir qayda olaraq, infrastruktur və quruculuq və onun kimi sahələr olubdur. Onun nəticəsi, ölkənin ümumi iqtisadiyyatında və xalqın məişətində müşahidə olunmadı. Yəni bu hərəkət hiss olunmadı, halbuki bizim gözləntimiz bu idi ki, istehsal sıçrayışı xalqın vəziyyətində bir açılış yarada bilmiş olsun. Əlbəttə, "İstehsal sıçrayışı" şüarı sözün əsl mənasında tamamilə inqilabi bir şüardır. Mühüm bir şüardır. Əgər istehsal sıçrayışı düzgün şəkildə ölkədə baş verərsə ki, inşaallah, baş verəcək, həm ölkədə dərin iqtisadi təsirlər qoyacaq, pulun dəyəri və yerdə qalan başlıca iqtisadi məsələlərə təsir göstərəcək, həm də onlardan başqa, milli özünəinama səbəb olacaq. Xalqın ümumi razılığına səbəb olacaq.milli təhlükəsizliyə zəmanət verəcək, yəni əgər, inşaallah, ölkədə sıçrayış tapmış istehsal baş verərsə ki, ümidvarıq ki, baş verəcək, bu mühüm nəticələr və bu böyük mənfəətlər həyata keçəcək.
"İstehsal sıçrayışı" şüarının tam şəkildə reallaşmamasının amilləri: maneələrin mövcud olması və istehsala dəstəyin olmaması
Yaxşı, indi nə üçün 1399-cu ildə bu hadisə tam şəkildə baş vermədi? Bir tərəfdən, maneələrin mövcud olmasına, digər tərəfdən isə istehsalın bütün sektorlarda himayə olunmamasına görə. Yəni istehsalın həm lazımi hökumət və qanuni himayələrə ehtiyacı var, həm də istehsalın yolundakı maneələrin aradan götürülməsinə. indi misal üçün fərz edək ki, bir emalatxana yarımçıq işləyir, yəni otuz və ya qırx faizlik imkanla işləyir, ya da ki, ümumiyyətlə işi dayanıbdır, neçə gəncin ciddi-cəhdi ilə bu emalatxana işə düşər, təşviqedicilərlə və onların oxşarları ilə bu emalatxana hərəkətə gələcək və istehsala çatdıqdan sonra qəflətən insan görür ki, bu məhsulun rəqibi müəyyən tərzdə xaricdən idxal edilir. Xəyanətkar qaçaqçı əllərin vasitəsilə, ya təəssüflə, qanuni yolla və qanuni riayətlərin zəifliyinə görə. Bu istehsal təbii ki, təşviq olunmayacaq. Bu, istehsalın yolunda bir maneədir. Yəni görülmüş bu iş əslində uğursuz qalır. Ya həmçinin təşviqedicilərin olmamasına görə, investisiya təşviqedicisinin olmaması kimi. İstehsal məsələsində investisiya təşviqediciyə ehtiyaclıdır. Sərmayə yatıra bilən şəxslər bu işə təşviq olunmalıdırlar. Və ölkədə məşğulluğun vəziyyəti elə olmalıdır ki, bu işə girməkdən ötrü bunlar üçün təşviqedici olmalıdır. Ya istehsal xərcləri onlar üçün artmamalıdır ki, təəssüflə, bunlar baş verməyibdir. Yəni lazımi mülahizələr həyata keçirilməyibdir. Nə o qədər təşviqedici olub, nə də ki, istehsal xərcləri barədə düşünülməyibdir. İllərdən birində, bəlkə də 1399-cu ildə olmayıb, bəlkə də 1398-ci il olub, istehsalçının xərci istehlakçının xərcindən yuxarı olub. Yaxşı, bunlar elə şeylərdir ki, istehsalın inkişafına mane olur.
Ölkə məsələlərinə uzunmüddətli baxış zərurəti
Beləliklə, biz 1399-cu ildə bu inqilabçı hərəkətə müəyyən tərzlə ölkədə başladıq və İran xalqı onu rəğbətlə qarşılayıbdır. İstehsal sıçrayışından müəyyən və məhdud səviyyədə. Bu, davam etməlidir. Təhvil olduğu andan başlanan 1400-cü il əslində yeni əsrdə bir giriş hesabıdır və əslində yeni bir əsr başlanır. Buna görə, ölkə məsələlərinə uzaq perspektivli baxışla yanaşmaq və onları uzunmüddətli baxışla mühasibə etmək lazımdır.
1400-cu ilin həssaslıqları: Seçkilər, istehsalın və istehsal sıçrayışının çiçəklənməsinin davam etməsi
Bu il, 1400-cü il, həssas və mühüm bir ildir: həm bu ilin əvvəlində olacaq seçkilərə görə, 1400-cü ilin xordad ayında mühüm seçkilər olacaq. Bu seçkilər ölkənin gələcəyinə, ölkə hadisələrinə və ölkənin vəziyyətinə mühüm təsirlər göstərə bilər. yeni müdiriyyətlərin və ehtimal üzrə güclü stimullar və yeni nəfəslə hakimiyyətə gələcəklər. İnşaallah, ölkənin icra idarəçiliyinə daxil olsunlar. Deməli, seçkilər bu ili son dərəcə mühüm və həssas edir. Bu, bir tərəfdən, əlbəttə, mən seçkilər barədə sonradan çıxış edərkən mətləblər təqdim edəcəyəm və burada bununla kifayətlənirəm, digər tərəfdən də 1399-cu ildə istehsala bir təkan verildi və istehsal sıçrayışı bir hərəkət yaratdı.
1400-cü ilin şüarı: "İstehsal, himayələr, maneələrin aradan qaldırılması"
Bu il, 1400-cü ildə istehsal sıçrayışının çiçəklənməsi üçün yaxşı bir zəmin mövcuddur ki, bundan maksimum şəkildə istifadə etmək lazımdır. Bu hərəkət ciddi şəkildə izlənilməlidir və istehsal sıçrayışı ilə bağlı hər tərəfdən, başlıca olaraq, qanuni, dövlət və hökumət himayələri həyata keçirilməlidir. İstər bu dövlət, nə qədər ki, hakimiyyətdədir, istərsə də gələcək dövlət yerləşdiyi gündən etibarən, öz ciddi-cəhdini bunun üzərində təmərküzləşdirməlidir ki, maneələri aradan qaldırsın, lazimi dəstəkləri versin və inşaallah, istehsal sıçrayışı sözün əsl mənasında bu il həyata keçsin. Buna görə, mən bu ilin şüarını, belə tənzim etmişəm: "İstehsal, himayələr, maneələrin aradan qaldırılması". Yəni şüar budur: İstehsal, himayələr, maneələrin aradan qaldırılması.
Biz istehsalı işin mehvəri qərar və lazımi dəstəkləri verməli və istehsalın yolundakı maneələri aradan qaldırmalıyıq. Ümid edirəm ki, inşaallah, ilahi lütfkarlıqla bu şüar lazımi şəkildə həyata keçəcək. İnşaallah, sonradan bir çıxışda bu barədə, həmçinin seçkilər haqda danışacağam.
Ümid edirik ki, böyük imamımızın pak ruhu və möhtərəm şəhidlərimizin pak ruhları bizdən razı olacaqlar və İran xalqı üçün mübarək bir il olmuş olsun və Həzrət Vəliyye Əsr(ərvahuna fidah) İran xalqını, ölkə rəsmilərini və xalq kütlələrini dua və öz fəzilətlərini bu xalqa bəxş etsin və öz lütfkarlığı və diqqətini inşaallah, bu xalq ilə bağlı keçmişdə mövcud olduğu kimi davam etdirsin.
والسّلام علیه و علیکم و رحمةاللّه و برکاته