İİR Ordusu şəbəkə və intellektual müharibələr mərhələsinə daxil olur
İran İslam Respublikası Ordusunun qərb regional qərargahının komandanı bu qərargahın bölmələrinin modern elektron müharibə sistemləri ilə təchiz olunduğunu bildirib.
SəhərAzəri xəbər verir ki, Briqada generalı Fərhad Aryanfər deyib: İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının qərb bölgəsi qərargahının ən mühüm strategiyası, «ləbbeyk layihələri»nin icrasıdır. Bu strategiya uzaq perspektivli strategiya kimi bizim üçün gələcəyin yolunu aydınlaşdırıb və biz bu strategiyaya uyğun olaraq, işləri həyata keçirəcəyik.
General Aryanfər bildirib ki, «ləbbeyk layihələri»nin icrası müdafiə və döyüş qüdrətinin artması ilə nəticələnəcək.
O, sonra deyib: «Ləbbeyk layihələri»nin icrasına uyğun olaraq, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının tələbləri də icra olunacaq. Bu məsələ bizim üçün böyük əhəmiyyət kəsb edir və biz şəbəkə və intellektual müharibələr mərhələsinə daxil olmaqdayıq.
General Aryanfər bu qərargahın hərbi təlimlərinin keçirilməsi barədə isə belə deyib: Qüvvət və zəif nöqtələrin təyin edilməsi və döyüş gücünün dəyərləndirilməsi üçün indiyədək taqım, tabor və briqada səviyyələrində təlim-məşqlər keçirmişik və komandanlıq ierarxiyasının göstəriş verəcəyi təqdirdə, quru qoşunlarının böyük hərbi təlimlərində iştirak üçün lazımi hazırlığa malikik.
İran İslam Respublikası Ordusunun qərb regional qərargahının komandanı ordunun quru qoşunlarındakı struktur dəyişikliklərinə işarə edərək, deyib: Hərəkət edən zirehli bölmələr, sürətli reaksiya bölmələri və hərəkət edən hücum bölmələrinin yaradılması və quru qoşunlarının struktur dəyişikliyinə uyğun şəkildə quru qoşunları komandanının himayəsi ilə PUA sistemləri və elektron müharibəsi sahəsi xüsusiyyət təşkil etməklə yeni təchizatlar almaq məsələsini izləməkdəyik.