Xobreqan Məclisinin İslam Respublikası Günü münasibətilə bəyanatı
Rəhbəri təyin edən Xobreqan Məclisi katibliyi, 12 Fərvərdin günü-nün ildönümü münasibətilə etdiyi bir açıqlamada, inqilabın amallarının reallaşmasında birlik, empati və fəal iştiraka təkid edərək İslam Respublikası Gününün ildönümünü əziz saydı.
SəhərAzəri xəbər verir ki, bəyanatda deyilir: “Şübhəsiz ki, bu sərhəd və bölgə tarixinin ən vacib və taleyüklü günlərindən biri, İslam Respublikası günü olan 1358-ci il fərvərdinin 12-sidir.”
“İslam Respublikası günü, İslam İnqilabının Banisi Həzrət İmam Xomeyni (r.ə)-in rəhbərlik etdiyi İslam İnqilabının təkamülü, xalqın üsyanı və 26 Fevral 1957-ci ildəki qələbəsi və müasir dünyada dini demokratiyanın təzahürüdür.
Bəyanatın davamında deyilir: "İslam Respublikası günü, İslam İnqilabının gerçək həyatının başlanğıcıdır və xalqın həqiqi səslərinə əsaslanan bir hökumətin qurulması və Tağuta qarşı şəhid olanların qan tökülməsi günüdür ki Pəhləvi diktaturası qarşısında, onların canfəşanlıqları nəticəsində İranda İslam ədaləti hökuməti quruldu."
Rəhbəri təyin edən Xobreqan Məclisinin katibliyi, İslam İnqilabının banisi Həzrət İmam Xomeyninin(r.ə) və bu xalq hərəkatının şəhidlərinin xatirəsini yad edib, eyni zamanda İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei ilə əhd-peymanı təzələyərək, İslam İnqilabının saf hədəfləri və ideallarına çatması yolda vəhdət və yekdilliyin qorunamsına təkid edib.