Apr 02, 2021 15:01 Asia/Baku
  • ƏMTP-nın birgə komissiyasının iclası virtual formatda işə başlayıb

Əhatəli Müştərək Təşəbbüs Proqramının (ƏMTP) birgə komissiyasının virtual iclası İran nümayəndə heyəti və 4 + 1 qrupunun iştirakı ilə Avropa Birliyi təmsilçisinin rəhbərliyi ilə başladı.

SəhərAzəri xəbər verir ki, İran Xarici İşlər Nazirliyi , 4 + 1 Qrupunun müavinləri və siyasi liderləri səviyyəsində ƏMTP birgə komissiyasının iclası virtual formatda  işə başlayıb.

İran xarici işlər nazirinin müavini Seyyid Abbas İraqçi, İran nümayəndə heyətinə rəhbərlik edir və Avropadakı xarici fəaliyyət xidmətinin baş katib müavini Enrike Mora görüşə rəhbərlik edir.

Bundan öncə Yaponiyanın Kyodo xəbər agentliyi toplantı barədə məlumat verərək, İran və Avropanın yüksək səviyyəli səlahiyyətlilərinin yeni bazarlıq barədə razılığa gəlmək üçün keçən bazar ertəsi Almaniyada görüşdüklərini söyləmişdir.

Digər tərəfdən, Avropa Birliyi (AB) dünən (cümə axşamı) verdiyi açıqlamada ƏMTP-nın birgə komisiyasının cümə günkü iclasından xəbər verərək ABŞ-ın Nüvə Razılaşmasına qayıtması ehtimalını müzakirə edilməsini söyləyib.

Avropa Birliyindən verilən məlumata görə Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və İran nümayəndələrinin iştirak ilə keçirilən bu iclasa Avropa Xarici siyasət Komissiyasının direktoru Enrike Mora rəhbərlik edir.

Avropa Birliyinin veridiyi açıqlamasına  görə, iclas iştirakçıları ABŞ-ın nüvə razılaşmasına qayıtması ehtimalını və razılaşmanın bütün tərəflərarası səmərəli şəkildə necə həyata keçirilməsini gözlədiklərini müzakirə edəcəklər.

 

Teqlər