Apr 06, 2021 12:29 Asia/Baku
  • Tacikistanın müdafiə naziri Tehrana səfər edib

Tacikistanın müdafiə naziri İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin rəsmi dəvəti ilə bu gün Tehrana daxil olub.

SəhərAzəri xəbər verir ki, Tacikistanın müdafiə naziri Mirzə Şirəli rəsmi səfər çərçivəsində Tehrana gəlib.

Bu səfərdə general-mayor Əmir Hatəmi ilə görüşüb, fikir mübadiləsi aparmaqla yanaşı, İranın digər yüksək səviyyəli siyasi və hərbi rəsmiləri ilə də görüş planlaşdırılıb.

Bu danışıqlar zamanı hərbi-texniki əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə ediləcək.

Teqlər