Zərif Qazax əməkdaşı ilə görüşdü
Əməkdaşlıqların genişləndirilməsi İran və Qazaxıstanın XİN başçılarının əsas müzakirə mövzusu olub.
SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif Orta Asiya ölkələrinə səfərlərinin davamında bu gün səhər saatlarında Qazaxıstanın baş nazir müavini və bu ölkənin xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb və fikir mübadiləsi aparıb.
İranın xarici işlər nazirinin Qazaxıstana səfəri zamanı, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb.
Qeyd edək ki, Məhəmməd Cavad Zərifin məsləhətləşmələri bazar ertəsi günü Özbəkistana səfəri və bu ölkə rəsmiləri ilə görüşüb, fikir mübadiləsi aparması ilə başlayıb.
Zərif Asiya turunun ikinci dayanacağında çərşənbə axşamı günü Qırğızıstanda olub və qırğız həmkarı və bu ölkə prezidenti ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib.