İran prezidenti yeni nüvə nailiyyətləri sərgisində olub
İran İslam Respublikası prezidenti yeni nüvə nailiyyətləri sərgisində olub.
SəhərAzəri xəbər verir ki, Həsən Ruhani bu gün İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və elm və texnologiya üzrə vitse-prezident Sorena Səttari ilə yanaşı, yeni nüvə nailiyyətləri sərgisində olub.
Ruhani sentrifuqa maşınlarının yeni nəsilləri də daxil olmaqla ən mühüm yeni nüvə nailiyyətləri ilə yaxından tanış olub.
Bu sərgidə həmçinin İranın yeni elmi nailiyyətləri nümayiş etdirilib.
Təcili yardım üzrə süni mexaniki tənəffüs aparatı, «Tabeş-1» tipli lazer müdafiə sistemi, qan fondunun sentrifuqa aparatı, Ərak modern reaktorunun virtual yanacağı, Xəndab ağır su araşdırma reaktoru mənbəyinin maketi, körpələrin dispanzerizasiyası aparatında istifadə olunan izotop biomolekulu, germanium həcm mexanizmi, üçölçülü lazer printeri bu sərginin yeni məhsullarından olubdur.
Milli nüvə texnologiyası gününün 15-ci ildönümündə və İran prezidentinin göstərişi ilə Nətənz zənginləşdirmə kompleksində yeni nəsildən olan sentrifuqa maşınlarına qazın vurulması həyata keçirilib və IR-9 nəslindən olan sentrifuqaların montaj mərkəzi, həmçinin yeni sentrifuqanın mexaniki testi də istifadəyə verilibdir.