Trampın bütün sanksiyaları götürülməlidir
https://azeri.sahartv.ir/news/İran-i375585-trampın_bütün_sanksiyaları_götürülməlidir
İranın xarici işlər naziri Amerikanın İrana qarşı bütün sanksiyalarının götürülməsini vurğulayıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 10, 2021 11:27 Asia/Baku
  • Trampın bütün sanksiyaları götürülməlidir

İranın xarici işlər naziri Amerikanın İrana qarşı bütün sanksiyalarının götürülməsini vurğulayıb.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif dünən bir tvittdə yazıb: Trampın bütün sanksiyaları nüvə anlaşmasına qarşı yönəlib və aradan qaldırılmalıdır.

Zərif sonra vurğulayıb: İran nüvə anlaşmasına tam sədaqət üçün məntiqli yol təqdim edir: Bu böhranı yaratmış Birləşmiş Ştatlar əvvəl tam öhdəliyə geri dönməlidir. İran da Amerikanın atdığı addımın düzgünlüyünü sürətlə yoxladıqdan sonra cavab addımı atacaq.

İranın xarici işlər naziri vurğulayıb: Trampın nüvə anlaşmasına qarşı olan bütün sanksiyaları məntiqsiz və özbaşına adların qoyulmasına və fərqləndirmələrə məhəl qoyulmadan aradan qaldırılmalıdır.