Apr 11, 2021 18:18 Asia/Baku
  • Ruhani: Hökumət, İslam İnqilabı Rəhbərinin tövsiyələri çərçivəsində hərəkət edir

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, hökumətin İslam İnqilabı Rəhbərinin tövsiyələri çərçivəsində hərəkət etdiyini bəyan etdi.

SəhərAzəri xəbər verir ki,Həsən Ruhani bu gün hökumətin iqtisadiyyat koordinasiya komitəsi yığıncağında etdiyi çıxışda, keçən günəş ili üçün istehsalda siçrayış şüarının təyin olunan müddətdə və edilən planlaşdirmaya uyğun şəkildə proyektlərin tamamlanaraq, reallaşdığını qeyd etdi.

Ruhani, İslam İnqilabı Rəhbərinin tövsiyə və vurğuları çərçivəsində bütün orqanların bu məzmundakı vəzifələrini yerinə yetirməsi lazım olduğunu qeyd etdi.

Prezident "İstehsala Dəstək və Önündki Maneələri Qaldırma İli" olaraq adlandırılan yeni ildə, hökumətin inkişaf və tərəqqinin önündəki maneələri qaldırmağa çalışacağını ifadə etdi./