Apr 12, 2021 13:11 Asia/Baku
  • İrandan İsrail rejiminə xəbərdarlıq; “İntiqam alacağıq”

İran İslam Respublikasının Xarici işlər Naziri Məhəmməd Cəvad Zərif, sionistlərin İran İslam Respublikasının zalımcasına sanksiyaları qaldırma yolundakı müvəffəqiyyətlərinin intiqamını almaq istədiyini, lakin İran İslam Respublikasının onlara əsla icazə verməyəcəyini vurğuladı.

SəhərAzəri xəbər verir ki,İran İslam Respublikasının Xarici işlər Naziri Məhəmməd Cəvad Zərif Bazar ertəsi günü İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının təşkil etdiyi iclasda bazar günü Nətənz nüvə təsisatında meydana gələn hadisəyə işarə ilə, indiki həssas şəraitdə  nüvə təsisatını və nüvə alimlərini qorumaq zərurətinə vurğu etdi.

Quldur  İsrailin hərbi və siyasi rəsmiləri  İrana qarşı zalımanə sanksiyaları qaldırmasına icazə verməyəcəklərini açıqca dilə gətirdiklərini və indi də hədəflərinə çatdıqlarını zənn etdiklərini ifadə edən Xarici işlər Naziri Zərif, nüvə sahəsində daha da irəliləyərək sionistlərə lazım olan cavabın veriləcəyini qeyd etdi.

Xarici işlər Naziri Zərif belə əlavə etdi:Nətənz nüvə təsisatı keçmiş ilə müqayisədə daha güclü santrifuqalarla  təchiz ediləcək. Əgər bəziləri müzakirələrdə bizim əlimizin zəif olduğunu düşünürsə, bu cür hadisələrin müzakirələrdə əlimizi daha da gücləndirəcəyini bilmələri lazımdır. Müzakirə tərəfləri də əgər indiyə qədər uran zənginləşdirmədə qarşılarında birinci qurşaq santrifuqların olduğunu bilirsə, indi isə Nətənz təsisatı qat qat güclü inkişaf etmiş santrifuqalar ilə uran zənginləşdirdiyini də bilmələri lazımdır.

İran Atom Enerjisi Təşkilatı sözçüsü  Kamalvəndi, Bazar günü Nətənzın Şəhid Əhmədi Roşən zənginləşdirmə təsisatınin elektrik şəbəkəsində bir hadisə meydana gəldiyini, hadisə araşdırıldığını,

araşdırmanın nəticələri haqqında daha sonra şərh ediləcəyini ifadə etdi.

 

 

Teqlər