Apr 15, 2021 16:43 Asia/Baku
  • İranın neft naziri:

İranın neft naziri ölkədə neft-kimya məhsullarının istehsalı gücünün 40 milyard dollara çatdığını vurğulayıb.

SəhərAzəri xəbər verir ki. İranın neft naziri Bijən zəngənə ölkənin neft-kimya sənayesinin istehsalında üçüncü sıçrayış layihələrinin həyata keçirilməsinə toxunaraq, deyib: "İstehsal gücü 2027-ci ilədək 40 milyard dollara çatacaq, hansı ki, bundan əvvəl 2025-ci ilədək, 34 milyard dollara çatacağı proqnoz edilmişdi".

Zəngənə, İran İslam Respublikası prezidentinin iştirakı ilə keçirilən Neft Nazirliyinin layihələrinin açılış mərasimində əlavə edeib: "Neft-kimya sənayesinin istehsal gücünü artırmaq üçün üçüncü sıçrayışın super layihələri üçün lazımi yem də tədarük edilib və investorlar da müəyyən edilib və onlar bu hökumətdə işlərinə başlayacaqlar".

Zəngənənin dediyinə görə, İranın neft sənayesinə qarşı tətbiq olunan sərt sanksiyalara baxmayaraq, bu layihələrdə çalışan direktorların və işçilərin gecə-gündüz səyləri sayəsində bu kompleks istifadəyə verildi.

Teqlər