Azərbaycan Respublikasında Firdovsinin «Şahnamə» kitabının tərcüməsi yenidən çap edilib
https://azeri.sahartv.ir/news/İran-i375969-azərbaycan_respublikasında_firdovsinin_Şahnamə_kitabının_tərcüməsi_yenidən_çap_edilib
Firdovsinin «Şahnamə» kitabının azəri dilinə tərcüməsinin birinci cildi doqquz yüz səhifədə Bakı şəhərində yenidən çap edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2021 15:17 Asia/Baku
  • Azərbaycan Respublikasında Firdovsinin «Şahnamə» kitabının tərcüməsi yenidən çap edilib

Firdovsinin «Şahnamə» kitabının azəri dilinə tərcüməsinin birinci cildi doqquz yüz səhifədə Bakı şəhərində yenidən çap edilib.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasının məşhur şərqşünaslarından olan mərhum professor Əlizadə tərəfindən otuz il müddətinə nəzm dili ilə azəri dilinə çevrilən bu kitab ilk dəfə 2005-ci ildə İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzi tərəfindən nəşr olunmuşdu.

Firdovsinin «Şahnamə» kitabının azəri dilinə tərcüməsinin tükənməsinə və Azərbaycan Respublikasının universitetləri və elmi mərkəzlərində bu zəngin ədəbi mənbəyə ehtiyacın olmasına görə, onun yenidən çap edilməsi barədə qərar çıxarılıbdır.

Kitab yerli «Nurlar» nəşriyyatı tərəfindən beş yüz nüsxədə bir daha nəşr edilib.

Bu çox dəyərli əsər Azərbaycan Respublikasın şairlər cəmiyyətinin sədri və fars dilinin görkəmli ustadlarından olan professor Şahin Fazil tərəfindən redaktə edilibdir.