Ruhani: “Təhlükəsizliyi qorumaq İran və Pakistanın ortaq problemidir.”
Regional mexanizmlərə diqqət yetirərək bölgədə sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayan Prezident, iki qonşu ölkənin - İran və Pakistanın sərhədlərinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayaraq deyib: "Təhlükəsizlik iki ölkənin ortaq problemidir. və bu sahədə əməkdaşlığın gücləndirilməsi lazımdır. "
SəhərAzəri xəbər verir ki, Çərşənbə günü Pakistan Xarici İşlər Naziri Şah Mahmud Qureyşi ilə görüşündə müsəlman qonşusu ölkə olaraq İranla əməkdaşlığın vacibliyini qeyd edib və iki ölkə arasında iqtisadi və ticarət əlaqələri də daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinin və dərinləşdirilməsinin vacibliyini, həmçinin sərhədyanı bazarların gücləndirilməsini vurğulayıb.
ABŞ-ın Əfqanıstandan çıxması qərarına toxunan Prezident, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun təhlükəsizlik və sabitliyin qorunmasına kömək etmədiyini söyləyərək, Əfqanıstanın ən vacib və təsirli qonşuları olan İran və Pakistanın, qarşılıqlı əlaqə quraraq bu ölkədə sülh və sabitliyin təmin olunmasında öz rollarını yaxşı şəkildə ifa etmələrinə təkid edib . Ruhani həmçinin təkidlə bildirib:
İran İslam Respublikası Pakistan və Əfqanıstanla bu mövzuda rol oynaması üçün əməkdaşlığı alqışlayır.
Görüşdə Ruhani, əməkdaşlığı inkişaf etdirmək üçün iki ölkə arasındakı əvvəlki müqavilələrə də toxnaraq müqavilələrin həyata keçirilməsinin və fəaliyyət göstərməsinin vacibliyini və İran İslam Respublikasının Pakistanın enerji ehtiyaclarını təmin etməyə hazır olduğunu vurğulayıb.
Pakistanın Xarici İşlər Naziri, Prezident ilə görüşündə İran İslam Respublikası ilə əlaqələri misilsiz, dəyərli və qardaş kimi xarakterizə edib və bu əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini vurğulayıb.