Apr 21, 2021 16:48 Asia/Baku
  • CENTCOM:

ABŞ-ın Qərbi Asiyada Mərkəzi Komandanlığı CENTCOM İran PUA-larının qabiliyyətini etiraf edərək, bunun ABŞ-ın Qərbi Asiyada hava üstünlüyünü məhv etdiyini söyləyib.

SəhərAzəri xəbər verir kiaa. ABŞ-ın Qərbi Asiyadakı qüvvələrinin komandanı Kennet Makenzi deyib: "İranın kəşfiyyat və hücum üçün Pilotsuz Uçuş Aparatlarından geniş istifadə etməsi, hava üstünlüyü olmadan əməliyyat keçirməyimizə səbəb olub".

ABŞ-ın Qərbi Asiyadakı qüvvələrinin komandanı əlavə edib: "İnsansız hava sistemlərini aşkarlamaq və məğlub etmək üçün bir şəbəkə qabiliyyəti qurub yerləşdirə bilmədikcə, üstünlük hücumçu ilə olacaq".

Bu ilk dəfə deyil ki, MaKenzi İranın müdafiə qabiliyyətləri ilə bağlı narahatlıq ifadə edir. Daha əvvəlgeneral Qasim Süleymaninin terror edilməsinə görə, İranın intiqam alacağından qorxaraq, deyib: "Düşünürəm ki, hələ də belə bir təhlükə mövcuddur ki, onlar praktik bir addım olaraq, belə bir hərəkəti nəzərdə tutmuş olsunlar". 

Teqlər