İran PUA-ları Fars körfəzində ABŞ təyyarədaşıyıcısının görüntülərini yaydı+Video
https://azeri.sahartv.ir/news/İran-i376160-İran_pua_ları_fars_körfəzində_abŞ_təyyarədaşıyıcısının_görüntülərini_yaydı_video
İranın Press TV informasiya agentliyi İran PUA-larının Fars Körfəzi sularında ABŞ təyyarədaşıyıcı gəmisinin dəqiq görüntülərini çəkdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2021 16:18 Asia/Baku

İranın Press TV informasiya agentliyi İran PUA-larının Fars Körfəzi sularında ABŞ təyyarədaşıyıcı gəmisinin dəqiq görüntülərini çəkdiyini bildirib.

SəhərAzəri :Press TV-nin məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusu SEPAH) çərşənbə (21 aprel) günü PUA istehsalı sahəsindəki inkişafını göstərən film nümayiş etdirib. Video dörd PUA heyəti tərəfindən çəkilib və ABŞ təyyarədaşıyıcı gəmisindəki hərbi texnika və təyyarələr barədə ətraflı məlumat verilib. Filmdə başqa bir ABŞ gəmisi də yer alır.

 Xəbərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yayımlanan videoda, İran PUA-larının tanklar da daxil olmaqla müxtəlif hədəflərə dəqiq intihar hücumları təsvir edilir.

 Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvətlər Komandanlığının (CENTCOM) Qərbi Asiya bölgəsindəki komandiri general Frenk Kennet Makkenzi İranın PUA gücünün ABŞ-ın Yaxın Şərqdəki hava gücünü və üstünlüyünü itirməsinə səbəb olduğunu etiraf etmişdi.

 General Makkenzi İranın müxtəlif müharibə və kəşfiyyat təyyarələrindən istifadə edərək, ABŞ-ın bölgədəki hava üstünlüyünə meydan oxuduğunu bildirmişdi.