Zərif: "Qonşular İranın prioritetidir"
https://azeri.sahartv.ir/news/İran-i376303-zərif_qonşular_İranın_prioritetidir
İran İslam Respublikasının Xarici İşlər Naziri bazar günü gecə Twitter-də Qətər əmiri ilə görüşünü çox yaxşı dəyərləndirərək qonşuların İranın prioriteti olduğunu vurğulayıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 26, 2021 03:35 Asia/Baku
  • Zərif:

İran İslam Respublikasının Xarici İşlər Naziri bazar günü gecə Twitter-də Qətər əmiri ilə görüşünü çox yaxşı dəyərləndirərək qonşuların İranın prioriteti olduğunu vurğulayıb.

SəhərAzəri xəbər verir ki,Məhəmməd Cavad Zərif Dohada Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşdən sonra bir Twitt yazaraq, "Qardaşım Şeyx Təmimlə çox yaxşı məsləhətləşmələr apardım" deyə əlavə edib.

"Görüş zamanı ikitərəfli məsələləri, əlaqələrin inkişafı və regional və qlobal məsələlərdə koordinasiyanın gücləndirilməsini müzakirə olundu" deyən  Zərif, "Omid Təşəbbüsü İranın bölgəyə yanaşmasıdır və qonşularımız prioritetimizdir" deyə əlavə edib.

İran İslam Respublikasının Xarici İşlər Naziri, Qətər Əmiri ilə görüşündə müxtəlif siyasi və iqtisadi sahələrdə İran-Qətər münasibətlərindəki son inkişafları izah edərək, mövcud sahələri və əlaqələri genişləndirmək üçün imkanları müsbət qiymətləndirib.

Görüşdə İran Xarici İşlər Naziri İran İslam Respublikasının bölgə ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafına dair regional perspektivini, habelə İran İslam Respublikası ilə 4+1 arasındakı danışıqlarda son inkişafları izah edib.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani də bölgədəki ikitərəfli münasibətlərin və əməkdaşlığın vacibliyini vurğulayaraq, Qətərin iki ölkə arasında əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi.