İran və Türkiyə ildə 30 milyard dollar ticarəti qarşıya məqsəd qoyub
https://azeri.sahartv.ir/news/İran-i376395-İran_və_türkiyə_ildə_30_milyard_dollar_ticarəti_qarşıya_məqsəd_qoyub
İran və Türkiyə ortaq ticarət otağının başçısı Mehrdad Səadət, iki ölkə arasında ticarət həcmini 30 milyard dollara yüksəltməyi məqsəd qoyduqlarını ifadə etdi.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 28, 2021 09:48 Asia/Baku
  • İran və Türkiyə ildə 30 milyard dollar ticarəti qarşıya məqsəd qoyub

İran və Türkiyə ortaq ticarət otağının başçısı Mehrdad Səadət, iki ölkə arasında ticarət həcmini 30 milyard dollara yüksəltməyi məqsəd qoyduqlarını ifadə etdi.

SəhərAzəri xəbər verir ki, İRNA-ya danışan Səadət, ildə 30 milyard dollarlıq ticarətin, ortaq ticarət otağının məqsədlərindən olduğunu ifadə edərək, bu hədəfin çatılmayacaq bir hədəf olmadığını, çünki keçmiş illərdə iki ölkə arasında bir ildə 21 milyard dollar ticarət reallaşdığını qeyd etdi.

Səadət, Türkiyədə bəzi firmalar İranda sərmayə qoymaq istədiklərini, sanksiyaların ləğvi və yüngülləşməsi təqdirində, tutumdan daha çox faydalana biləcəklərini qeyd etdi.

İranlı iş adamlarının Türkiyə bazarlarında iştiraki üçün bu ölkədə daimi bir sərgi açmaq fikrində olduqlarını ifadə edən Səadət, İran və Türkiyə ortaq ticarət otağı bu proyekti icra mərhələsinə çatdırdığını və daimi sərginin açılması ilə yanaşı İran məhsullarını tanıdıla biləcəyini söylədi.

Bu sərginin İranlı iş adamlarına xidmət təqdim edəcəyini qeyd edən Səadət, İran məhsullarını Türk iş adamlarına təqdim etməyin, qarşılıqlı ticarət həcmini inkişaf etdirəcəyini vurğuladı.