İran-Türkiyə Birgə İqtisadi Əməkdaşlıq Komissiyası yığıncağı təşkil edildi
https://azeri.sahartv.ir/news/İran-i376410-İran_türkiyə_birgə_İqtisadi_Əməkdaşlıq_komissiyası_yığıncağı_təşkil_edildi
İran İslam Respublikası Prezident administrasiyasının rəhbəri Mahmud Vaizi bu gün 28. İran-Türkiyə Birgə İqtisadi Əməkdaşlıq Komissiyası Yığıncağında etdiyi çıxışda, sanksiya və koronanın hər ikisinin çökmək üzrə olduğunu qeyd etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 15:02 Asia/Baku
  • İran-Türkiyə Birgə İqtisadi Əməkdaşlıq Komissiyası yığıncağı təşkil edildi

İran İslam Respublikası Prezident administrasiyasının rəhbəri Mahmud Vaizi bu gün 28. İran-Türkiyə Birgə İqtisadi Əməkdaşlıq Komissiyası Yığıncağında etdiyi çıxışda, sanksiya və koronanın hər ikisinin çökmək üzrə olduğunu qeyd etdi.

SəhərAzəri xəbər verir:Virtual şəkildə təşkil edilən 28. İran-Türkiyə Birgə İqtisadi Komissiya yığıncağında danışan Vaizi, 'Keçən il olduğu kimi bu il də Korona virusu ilə mübarizənin içindəyik. Bu virus, işimizə və planlarımıza  çox çox zərər verdi' deyə qeyd etdi.

Türkiyə Enerji və Təbii Qaynaqlar Nazirinə xitab olaraq danışan Vaizi, üz-üzə müzakirənin  imkansız olmasının  və bunun virtual olaraq edilməsini  bu zərərə nümunə olaraq göstərilə biləcəyinə toxunaraq 'Bu gün Tehranda olsaydınız daha çox razılaşmağa vara bilərdik. Video konfrans iclaslarındakı ortaq komissiya komitələri daha çox razılaşmağa çatmağa çalışdı. Qonşumuz və qardaşımız Türkiyə ilə xüsusilə iqtisadiyyat sektorunda əlaqələrə hər vaxt böyük əhəmiyyət veririk' deyə əlavə etdi.

15 qonşu ölkə arasında Türkiyə ilə ən yaxşı iqtisadi əlaqələrə sahib olduqlarına diqqəti çəkən Vaizi, 'Üç ildir mövcud olan sanksiya və Korona probleminə qarşılıqlı əlaqələrimizə təsir etməsinə icazə verməməliyik' deyə açıqladı.

Ortaq komissiyanı  İran ilə Türkiyə arasındakı əlaqələrdə dəyişiklik yarada biləcək bir iqtisadi yol xəritəsi olaraq xarakterizə edən Vaizi, ortaq komissiyanın müvəffəqiyyətli olmasını ümid etdi.

İran ilə Türkiyə arasındakı razılaşma sahələrinin, başda bankçılıq, ticarət razılaşmaları, iki ölkə arasındakı ortaq cəhdlər, tranzit və gömrük əməkdaşlığın genişlədilməsi, enerji, ticarət otaqları və özəl sektor arasındakı əməkdaşlıq başda olmaq üzrə bütün sektorları əhatə etdiyini deyən Vaizi dedi: 'İran və Türkiyə prezidentlərinin açıqladığı və hədəf təyin etdiyi şey, illik 30 milyard dollara çatan ticarət həcmidir. Bu istiqamətdə irəliləməliyik və çata biləcəyimiz hədəf budur' .

Vaizi, 'Təbii qaz ixracatını nə qədər artıra bilər və neft ixracatımızı sanksiya əvvəli dövrə geri çevirə bilsək, ticari əlaqələrimizi o qədər müsbət istiqamətə çəkəcəkdir. ABŞ hökuməti dəfələrlə Trampın  siyasətinin uğursuz olduğunu ifadə etdi və bu gün Vyana müzakirələrində  Analitiklər də yığıncağın atmosferini təriflədi və problemlərin həll ediləcəyinə dair optimist dirlər ' deyə əlavə etdi./