Apr 29, 2021 09:50 Asia/Baku
  • Zərif  Fransanın ikili standart siyasətlərini tənqid etdi

İran İslam Respublikası Xarici işlər Naziri, Fransız raket sınağına və Paris ilə digər bəzi ölkələrin İranın raket proqramını məhdudlaşdırma səylərinə toxunaraq, Fransanın bu mövqeyinin açıq bir şəkildə ikili standartdır” dedi.

SəhərAzərinin İRNA-ya istinadən verdiyi xəbərinə görə Zərif,  dünən gecə atdığı  tweet mesajında,  Fransanın M51.2 strateji raketsini test etdiyi bir video nəşr edərək İrana raket proqramı məhdudlaşdırma qoyulmasını istəyən Fransanın öz raket proqramını inkişaf etdirdiyini  bildirdi.

Fransız ordusu, dünən səhər Atlantik sahilindəki Biscaros sahəsində strateji bir balistik raketini sınaqdan keçirdi.

Fransız Silahlı Qüvvətlər Nazirliyi verdiyi açıqlamada , testin "Fransanın beynəlxalq öhdəçiliklərinə möhkəm bağlı qalmasına əsaslandığını" iddia etdi.

Sınaq, Fransanın İranın raket proqramı və regional fəaliyyətlərinin müzakirə edilməsi və məhdudlaşdırılmasının  lazım olduğunu iddia edən tərəflərdən biri olması ilə eyni zamanda həyata keçirilib.