Apr 29, 2021 16:53 Asia/Baku
  • İranlı ekspert: Erməni soyqırımı uydurmadır

İranlı ekspert Elyas Vahidi erməni soyqırımının həqiqət olmadığını bildirib.

SəhərAzəri xəbər verir ki, cənab Vahidi “Xəbər” televiziya kanalının “Dünya bugün” təhlil verlişində Baydenin qondarma erməni soyqırımını tanımasına toxunaraq deyib ki, Co Baydenin “Demokrat” hökuməti bir tərəfdən ermənilərlə azərilər və türklər arasında ixtilafı isti saxlamağa səy edir, digər tərəfdən də bu məsələdən siyasi təzyiq kimi istifadə etməyə çalışır. Bu siyasi təzyiq həm regional mövzularda Amerika üçün sərfəlidir, həm də daxildə; gələn seçkilərdə Demokrat Partiyasının xeyrinədir. Belə ki, erməni diasporasının və onların aid olduğu dini cəmiyyətin səsini toplaya biləcək.

Ekspert qeyd edib ki, tarix baxımından erməni soyqırımı iddiası həmin dövrdə birinci dünya müharibəsinə qatılmış ölkələrin arxivlərində mövcud olan sənədlərə əsasən, tarixi reallığı əks etdirmir və məhz iddiadır. Yəni Osmanlı dövlətinin soyqırım məqsədilə bir milyon beş yüz min erməninin öldürməsi iddiadan başqa bir şey deyil. Və tarixi sənədlər ermənilərin öldürülməsini inkar edir. Lakin qərb dünyası Holokost mövzusu kimi bu zəminədə tarixi bəhs açmaq istəmir və bundan tamamilə siyasi məqsədlər üçün istifadə edir.

Onun sözlərinə görə, hüquqi baxımdan da hal-hazırda Osmanlı İmperatorluğu mövcud deyil və Türkiyə dövləti də Osmanlı İmperatorluğunun öhdəliyini yerinə yetirməyə borclu deyil.

 

 

Teqlər